SOSİAL
A- A A+

“Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsi çərçivəsində

2016-11-08 08:30:20

Növbəti tədbir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsi çərçivəsində növbəti dəyirmi Masa baş tutub, layihə davam edir....

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə növbəti 3-cü dəfə Dəyirmi Masa yığıncağı keçirilərək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparılaraq davam etdi.
Layihə rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edib, qonaqları salamlayıb və layihə haqqında qonaqlara məlumat verərək qeyd edib ki, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsini həyata keçirməklə aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində cəmiyyətimizdə olan problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyub. 
Layihə rəhbəri Şəhla Qarayeva həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirib ki, Aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də, mövcud problemlərin həlli üçün ictimai birliklərin, mətbuatın və fəal vətəndaşların dəstəyindən yararlanmaq dövlətimiz və cəmiyyətimiz üçün faydalıdır. 
Layihədə nəzrdə tutulmuş tədbirlər proqramına uyğun olaraq bu biz aidiyyatı olan hökümət, tanınmış Qeyri-Hökümət və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə növbəti Dəyirmi Masa keçirirərək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr apararaq, bu yönümdə qarşıda olan problemlər aşkarlayıb, eyni zamanda problemlərin həll yolları müzakirə etmək üçün yığışırıq. 
Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai şuranın üzvü və Əlil Qadınlar Cəmiyyətinin sədri Məxluqə Rəhimova, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri və eyni zamanda “XXI Əsrin Qadınları” ictimai birliyin sədri Mahirə Əmirhüseynova, elmlər doktoru və “İntelekt”Elmi texniki inkişafa dəstək ictimai birliyinin sədri Yasin Kərimov,Grand Hospitalın ümumi cərrrahı xanım Türkan Gündüz, Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər “ Fondunun prezidenti, Səhiyyə QHT-ları Koalisiyasının sədri Sərraf Orucov, “Sahibsiz uşaqlara kömək” ictimai birliyinin nümayəndəsi Vüqar Hacıyev, Gənc Heydərçilər Klubunun Prezidentinin müşaviri və GHK -nun BSU üzürə rəhbəri Aygün Əlizadə və başqa QHT, KİV nümayəndələri iştirak edərək layihədə qaldırılmış problemlər haqqında maraqlı təkliflər veriblər və eyni zamanda layihə çərçivəsində çap olunmuş SİZ TƏK DEYİLSİNİZ BİZ SİZİNLƏYİK! kitabını müsbət qiymətləndiriblər.
Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 1060

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...