SİYASƏT
A- A A+

Səfir Erkan Özoral: Azərbaycan xalqının Türkiyəyə dəstəyi heç vaxt unudulmayacaq

2016-11-08 08:00:06

Mən 2011-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı kimi xidməti fəaliyyətimi başa vuraraq, bu ölkəni tərk etmişəm. Ancaq bu il səfir vəzifəsində yenidən Azərbaycana qayıtdım

Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bunlardan biri də media sahəsidir. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral noyabrın 7-də Azərbaycanın bir sıra aparıcı media qurumlarının təmsilçiləri ilə görüşdə deyib.

Diplomat vurğulayıb ki, bu illər ərzində Azərbaycan mediası sürətlə inkişaf edib. Bu gün Azərbaycan Televiziyası özünün 60, radiosu isə 90 illik yubileyini qeyd edir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edən səfir fəaliyyəti müddətində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağını diqqətə çatdırıb.

İyulun 15-də Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən söz açan E.Özoral Azərbaycanın qardaş ölkənin yanında yer almasından məmnunluğunu ifadə edərək bildirib: “Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələri bu hadisələrdən sonra bir daha öz təsdiqini tapdı. Bu çətin günlərdə Azərbaycan xalqının, hökumətinin Türkiyəyə verdiyi dəstək və göstərdiyi qardaşlıq münasibəti heç vaxt unudulmayacaq. Bizim dostluğumuz və qardaşlığımız əbədidir. Biz bu dəstəyi hər zaman hiss edirik. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyətim dövründə hər zaman bu prinsipə uyğun davranacağam”.

 

 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 414

QHT və MEDİA

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...