QHT və MEDİA
A- A A+

Soyqırımla bağlı ingilis dilində çap olunan kitabın təqdimatı keçirildi

2016-11-07 18:10:58

Layihə

Məlumat üçün bildiririk  ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qarabağ həqiqətlərinin  dünya ictimaiyyətinə çatdırılmasında innovativ təşəbbüslərin artırılması” layihəsi çərçivəsində  ingilis dilində çap olunan  “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının  təqdimatı 7 noyabr saat 12 -də BMM-də  keçirildi
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda  şəhid olan soydaşlarımızın xatirəsi  bir dəqiqəlik sükutla anıldıqdan sonra tədbir işinə başladı.

Kitab haqqında qısa məlumat verən layihənin rəhbəri   Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının  verdiyi rəylər əsasında bu kitab işıq üzü görüb.    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  1918-ci il  soyqırım hadisələrinin 5 ildən artıq müddətdə tədqiqatı həyata keçirilib. Aparılan bu araşdırmalar bir  neçə istiqamətdə olub.   Azərbaycanın maddi və mədəniyyət resurslarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına  qarşı törədilən vəhşiliklər haqqında da məlumatlar toplanılıb. Kitabda  müxtəlif arxiv,  kitab, internet  və KİV  materiallarına istinad  etməklə tarixi proselərlə bağlı araşdırmalar aparılıb.  Canlı şahidlərə  və o dövrlə bağlı  məlumatlı insanlarla müsahibələrə üstünlük verilib.

Kitab müəllifi daha sonra bildirib ki, Azərbaycanın  6 rayonunun 30-a yaxın kəndindən olaraq  100-ə yaxın insanla söhbət aparılıb.  Birbaşa  1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki,  barmaqla sayılası qədər az olmasına baxmayaraq, onlarıın fikirləri zamanında qələmə alınıb. Həmin insanların dediyi faktlar informasiyaya çevrilib. Kitabda 1918-ci il hadisələri ilə bərabər, ümumilikdə o dövrdə gedən ictimai-siyasi proseslər təhlil olunub. Tarixi hadisələr ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əlaqəli digər məqamlar xronoloji ardıcıllıqla, çoxsaylı mənbələrə istinad etməklə təsvir edilib.

“1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının  ingilis dilində çap olunmasını müsbət  dəyərləndirən Azərbaycan Tarixi Abidələrin Müdafiəsi İctimai Birliyinin sədri Faiq İsmayılov belə  kitabların davamlı olaraq dərc olunmasından danışıb. Daha sonra QHT sədrləri Azər Həsrət, Sərraf Orucov, Şamil Sabiroğlu, Naibə Behbudova, Tahirə Məmmədova,  Müşfiq Ələsgərli, Dünyaxanım Əliyeva, Təhmasib Novruzov  yazıçı jurnalist Şahnaz Azərturk, BDU-nun müəlliməsi İradə Əlilli, şairə Lamiyyə İsazadə, jurnalist  Şəlalə Mahyəddin qızı və digərləri  kitabla bağlı fikir və mülahizələrini bildirdilər. Çıxışçılar əsasən bildirdilər ki, belə nəşrlər  Azərbaycan həqiqətlərinin dünyaya  çatdırılmasında  mühüm vasitə olacaq.
  Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1162

QHT və MEDİA

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...