SİYASƏT
A- A A+

Rodriqo Maya: Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir

2016-11-01 09:55:36

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 31-də Azərbaycanda səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Rodriqo Mayanın parlament sədri kimi ölkəmizə ilk səfərinin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, parlamentarilərin qarşılıqlı səfərləri münasibətlərin möhkəmlənməsinə imkan yaradır.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışan Oqtay Əsədov deyib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə biznes forumların təşkili xüsusilə əhəmiyyətlidir. Sədr bildirib ki, 2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 120 milyon dollar olub, 2016-cı ilin doqquz ayı ərzində isə bu rəqəm 150 milyon dollara çatıb. O.Əsədov bu artımın iki ölkənin potensialından aşağı olduğunu əlavə edib.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə Braziliya hökumətinə təşəkkür edib. Braziliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən O.Əsədov bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçı siyasətini pisləyən birgə bəyanat qəbul olunmasına görə də minnətdarlığını bildirib.

Braziliya Milli Konqresi Deputatlar Palatasının sədri Rodriqo Maya ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. O, səfərin əsas məqsədinin bununla bağlı müzakirələr aparılması olduğunu diqqətə çatdırıb. Parlamentin sədri Azərbaycan ilə Braziliya arasında neft-qaz, turizm sahələrində əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Turizm əlaqələrindən danışan Rodriqo Maya Braziliyada Azərbaycanın daha yaxından tanıdılmasının əhəmiyyətini vurğulayıb. Sədr ölkəsinin Azərbaycan ilə parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətləri dərinləşdirmək üçün lazımi addımlar atmaq niyyətində olduğunu deyib.

Rodriqo Maya Braziliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarı olduğunu söyləyib.

Görüşdə Oqtay Əsədov Rodriqo Mayanın Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu deyib. Milli Məclisin sədri fəxri diplomu Rodriqo Mayaya təqdim edib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov, Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Alkasar və digər rəsmi şəxslər iştirak ediblər.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 783

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...