2016-11-01 09:45:50 | MÜSAHİBƏ
"Münaqişələrin həllində BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır"

Xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" - Yaxın Şərq informasiya agentliyinə müsahibə verib

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsahibədə ikitərəfli əlaqələrin tarixi, siyasi, iqtisadi, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə qurulmuş əməkdaşlıqdan söz açıb və əczaçılıq, turizm, yüngül sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. Nazir əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Hökumətlərarası Komissiyanın noyabr ayında keçirilməsi nəzərdə tutulan iclasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və parlamentlərarası əlaqələrin vacibliyinə toxunub. 
İki ölkə arasında müqavilə-hüquq bazasının geniş olduğunu qeyd edən E.Məmmədyarov ikitərəfli əsasda müxtəlif sahələri əhatə edən 40-dan artıq sənədin imzalandığını bildirib və yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb. 
Nazir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi təşkilatın işinə verdiyi töhfələrdən söz açıb, ilk dəfə ölkəmizin təşəbbüsü ilə BMT TŞ və -İslam Əməkdaşlıq Təşkilatı formatında birgə iclasının keçirildiyini yada salıb. O, eyni zamanda bu təşəbbüsün davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əlaqələrinə toxunan Elmar Məmmədyarov 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və 2019-2022-ci illərdə ölkəmizin QH-ya sədrlik edəcəyini bildirib. 
Suriya probleminin həllində Azərbaycanın mövqeyinə dair suala cavabında cənab Nazir qeyd edib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. Bütün Suriya xalqının iradəsinə əsaslanan siyasi həllinin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini qeyd edərək Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin təmin edilməli və qorunub saxlanılmalı olduğunu diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın Suriyadakı humanitar problemi yaxından anladığını və qaçqınların vəziyyətini yüngülləşdirmək beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışdığını bildirib. Nazir dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. 
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışan E.Məmmədyarov, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və V Bakı Beynəlxalq Humanitar Forumunun adını çəkib, gələn il ölkəmizdə keçiriləcək 4-cü İslam Həmrəyliyi oyunlarının İƏT üzv ölkələri arasında arasında dialoq, anlaşma və həmrəyliyin təşviqinə xidmət edəcəyinə əminlik ifadə edib. 
Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan E.Məmmədyarov, Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb. Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan Elmar Məmmədyarov, bu qətnamələrin hələ də icra edilməməsini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib. Nazir deyib ki, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır.

 

 

 

 

Baxış sayı : 1234
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22