MÜSAHİBƏ
A- A A+

Asif Hacıyev: İtaliyalı tələbələr Azərbaycanın tarixinə, mədəniyyətinə böyük maraq göstərirlər

2015-04-30 22:10:11

Müsahibə

Bakı Slavyan Universitetinin (BSU) rektoru, Romada keçirilmiş “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, professor Asif Hacıyev İtaliyaya səfəri ilə bağlı təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.

- İtaliyaya səfərinizin məqsədi və nəticələri barədə nə deyə bilərsiniz?

Səfərin əsas məqsədi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunmuş Azərbaycan multikulturalizmi fənni üzrə italiyalı tələbələrə tədris olunan dərslərin monitorinqini aparmaq, mövcud vəziyyətlə tanış olmaq və bu prosesin daha da təkmilləşdirilməsi, inkişafı üçün lazımi təklifləri təqdim etmək idi. Səfər zamanı İtaliyada Azərbaycan xalqına və dövlətinə böyük maraq göstərildiyinin bir daha şahidi olduq. İtaliyalı tələbələrlə görüşümüz zamanı onların Azərbaycandakı siyasi proseslərlə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, incəsənəti ilə də yaxından maraqlandıqlarını gördük. İtaliyalı tələbələrə ölkəmizdə mövcud multikultural ənənələr, müxtəlif xalqların mədəniyyətlərinin bir araya gəlməsi və müasir Azərbaycan gerçəkliyi barədə məlumat verildi.

Səfər çərçivəsində Vatikanın Romadakı Pontificia Salesiana Universitetində “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda iştirak etdik. Tədbirə bir çox ölkələrdən, o cümlədən Rusiyadan, İngiltərədən nüfuzlu alimlər qatılmışdılar. Xarici alimlərin çıxışlarında müasir Azərbaycanda mövcud multikultural mühit, müxtəlif xalqlar arasındakı həmrəylik, birlik, sülh içində inkişaf, ortaq mədəniyyətin yaradılması ilə bağlı məqamları vurğulamaları və ölkəmizin bütün dünya üçün model kimi təqdim edilməsi Azərbaycan vətəndaşı kimi məni çox fərəhləndirdi. Fikrimcə, bu, çox böyük uğurdur.

Səfər zamanı, həmçinin Roma İncəsənət Universitetində olduq. Bu təhsil ocağının nümayəndələri Bakı Slavyan Universitetinin fəaliyyətinə maraq göstərirlər. Universitetin prezidenti, professor Alfio Mongelli və direktoru, professor Fabio Mongelli ilə görüşdük. Söhbət zamanı Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə haqqında ətraflı məlumat verdik. Ölkəmizlə bağlı müəyyən təsəvvürləri olan bu universitetin tələbələrini Bakıya dəvət etdik. Çünki onlar mədəniyyətimizi və incəsənətimizi öyrənməyə böyük maraq göstərirlər.

Bu yaxınlarda BSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçiriləcək VI beynəlxalq elmi konfransa bir sıra xarici ölkələrdən nəinki alimlər, hətta Azərbaycan multikulturalizmi dərslərində iştirak edən tələbələr də dəvətlidirlər.

- Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrdə tədrisi prosesi, ümumiyyətlə bu ideyanın yaranması haqqında fikirlərinizi bilmək maraqlı olardı.

Müxtəlif xarici ölkələrdə, eləcə də Azərbaycanın ali təhsil ocaqlarında bu fənnin tədris olunmasının təşəbbüskarı və layihənin elmi rəhbəri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir. Bu dərslər təkcə İtaliyada deyil, artıq Çexiyanın, Bolqarıstanın, Gürcüstanın, Belarusun və Rusiyanın məşhur təhsil ocaqlarında tədris olunmaqdadır.

BSU-nun dosenti İrina Kunina tərəfindən tədris olunan Azərbaycan multikulturalizmi fənnini Romadakı La Sapienza Universitetinin tələbələri maraqla dinləyirlər. Bu ali təhsil ocağının rəhbərliyi İ.Kuninanın fəaliyyətini yüksək qiymətləndirir. Bu dərslərin proqramı xüsusi olaraq hazırlanıb. Dərslərdə iştirak etdik və təəssüratımız çox yüksəkdir. Hazırda universitetdə təxminən 40 tələbə bu dərslərə qatılır.

- Azərbaycanda mövcud multikultural mühiti necə dəyərləndirirsiniz?

Məlum olduğu kimi, Azərbaycanda multikultural mühit tarixən formalaşıb. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin, Azərbaycançılıq ideologiyasının əsas elementi ölkəmizdə yaşayan xalqların birliyi, əməkdaşlığı, həmrəyliyi olub. Bu gün də ölkəmizdə bu siyasət uğurla həyata keçirilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycanda çoxmədəniyyətlilik, multikultualizm həm həyat tərzidir, həm də dövlətimizin siyasətidir. Bu gün bu siyasətin real bəhrəsini görürük.

Azərbaycanda multikultualizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ölkəmizdə yaşayan xalqların öz mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək hüququ, seçkili orqanlarda, dövlət vəzifələrində təmsil olunması təmin edilir. Bu xalqların qardaşlığı və dostluğu, müxtəlif etnik azlıqlar ilə milli dəyərlərimizin sintezi Azərbaycanın milli mədəni inkişafına öz töhfəsini verir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, eyni zamanda, bizim universitetimiz məhz bu modelin təbliği istiqamətində fəal işlər görür. Artıq bir sıra ölkələrdən, o cümlədən Türkiyədən, Polşadan, Yaponiyadan Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı təkliflər alırıq. Bu proses getdikcə genişlənəcək. Əminəm ki, xarici ölkələrin universitetlərində təhsil alan gənclərimiz, çalışan alimlərimiz vasitəsilə həmin ölkələrin ictimaiyyəti Azərbaycan reallıqlarını görəcək, anlayacaq və qəbul edəcək.

Vurğulamaq lazımdır ki, ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq arenada təşviqinə Heydər Əliyev Fondu xüsusi töhfə verməkdədir. Fond Azərbaycan multikulturalizminin ölkəmizin hüdudlarından uzaqlarda təbliği üçün yeni perspektivlər açan vacib layihələr reallaşdırılır.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1816

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...