SOSİAL
A- A A+

Vətənpərvər Veteran Təşkilatları, Müharibə Veteranları və Qarabağ Qaziləri!

2016-10-31 10:30:17

Müraciət

Nəzərinizə çatdırıram ki, təşkilatımızın Qarabağ müharibəsində ermənilərə qarşı döyüşərək əlil olmuş üzvlərindən 1-ci qrup Qarabağ müharibəsi əlilləri Məmmədtağı Mahmudov, Şəhadət Sarıyev və Əhməd Sultanəhmədov sosial vəziyyətlərinin yaxşılaşdırmaq məqsədi ilə, 2009–cı il tarixindən, Bakı şəhəri, Nərmanav rayonu, 2062- 2073-cü məhəllə, Akademik Ziya Bünyadov prospekti 77Q ünvanında yerləşən və vaxtı ilə qamışlıq basmış torpaq sahəsinini götürmüş və həmin ərazini abadlaşdıraraq, adı çəkilən yerdə ticarət köşkləri tiknmiş və  xırda ticarətlə məşğul olaraq ailələrini dölandırırlar.

Amma çox təssüflər olsun ki, Türkiyyə vətəndaşı olan Okuklu Yılmaz adlı birisi Qarabağ müharibəsinin əlillərindən xəbərsiz, yuxarıda qeyd olunan ünvanda yerləşən, Qarabağ əlilinin dolanışıq yerləri olan dükanlarını əlindən almaqa çalışaraq, təziq kimi əlilərə məxsuz mağazaların işığını kəsdirərək bütöv bazarı bağlatmaq istəyir.

Beləki, Okuklu Yılmaz  Qarabağ müharibəsinin əlillərindən əsassız olaraq hər ay xeyli miqdarda pul tələb edir. Tələb olunan haqqı vermədikdə, həmin şəxslərə dəfələrlə “qoçular”–la birlikdə fiziki zor göstərərək ən ağır təhqiredici söyüşlərlə alçaltmışdır. Bu özbaşınalığa və haqsızlığa dözə bilməyən 1-ci qrup Qarabağ əlili Əhməd Sultanəhmədov bərk əsəb gərginliyi  və infakt keçirdərək ölümcül vəziyətdə təcili yardım maşını ilə Musa Nağıyev xəsdəxansına çatdırılmışdır. Hal hazırda xəsdəxanada beyin travma xəsdəliyi ilə müalicə alır.  Bu barədə həmin xoşagəlməz hadisənin video görüntüləridə var. Hal hazırda bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Bu azmış kimi, qurdurğan Okuklu Yılmaz, bu gün 30.10.2016-cı il tarixində yenidən öz ətrafında  gəzdirdiyi 5-6 nəfər “qoçu”ilə,  1-ci qrup Qarabağ əlili Şəhadət Sarıyevin dükanina gələrək, ona mağazanı boşaldmağa 1 saat vaxt vermişdir. Mağazanı boşalmayacağı halda onu ağır təhqir edici söyüşlərlə yenə söyərək ölümlə hədələmişlər. Şəhadət Sarıyev qudurğan quldur dəstəsinə tabe olmadığda və mərdi-mərdanə cavab qaytardığda, Okuklu Yılmaz və onun “qoçuları” onu yerə yıxaraq təpikləyib ona küt alətlərlə ağır kələ beyin və  bədən xəsarətləri yetirmişlər. Hadisə yerinə təcili yardım gələrək onunda Musa Nağıyev xəsdəxansına ağır kəllə- beyin və  travma zədəsi ilə çatdrmışlar. 

 Bu xoşa gəlməz hadisəni mən eşidən kimi, dərhal, Nərmanov rayon Prokroluğuna, oradanda Nərmanov rayon 17 ci Polis bolməsinə gedərək,  adı çəkilən idarələrinə məlumat verərək, polis tədqiqatçıları ilə birlikdə hadisə yerinə yollanaraq vəziyyətlə yerində tanış olduq.

 Buna  görədə Qarabağ müharibəsi əlillərinin acınacaqlı şəkildə pozulmuş hüquqlarını müdafiə etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənablarına, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova,  Ədliyyə  Naziri cənab  Fikrət Məmmədova, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Nəbiyevə və Türkiyyə Cümhüriyyetinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab İsmayıl Alper Coşquna rəsmi olaraq məlumat vermişik.  

Biz müharibə əlillərinə qarşı edilən haqsızlığa son qoyulması üçün,  başqa ölkə vətəndaşı olan Okuklu Yılmaz adlı bir nəfərin, torpaqlarımızın bütövlüyü uğrunda döyüşərək əlil olmuş Qarabağ qazisini  ictimayyət arasında fiziki zor göstərərək ən ağır təhqiredici söyüşlərlə alçaltmasını biz müharibə əliləri və veteran təkilatları özümüzə təhqir və hörmətsizlik kimi sayırıq. Belə bir qudurğan insanın ölkəmizdə yaşayıb pul qazanaraq harınlanması, Qarabağ torpaqlarının bütövlüyü uğrunda döyüşərək əlil olmuş Qarabağ qaziləri üçün təhqirdi.       Okuklu Yılmazın Qarabağ əlillərini ictimayət arasında təhqir edici sözlərlə alçaltdığına və ölkəmizdə ətrafına bir qrup “qoçu” dəstə yığaraq lotuluq etdiyi hərəkətlərinə görə, “qoçu”- ları ilə birlikdə cinayyət məsuliyyətinə cəlb olunaraq, dərhal Azərbaycandan deportasiya olunmalıdır.

Ümüd edirik ki, Siz torpaqlarının bütövlüyü uğrunda ermənilərə qarşı döyüşərək əlil olmuş Qarabağ əlillərinin xarici vətəndaşlar tərəfindən təhqir edilərək alçaldılmasının qarşısının alınmasında və onların  hüquqlarının müdafiə  olunmasında bir vətənpərvər  kimi öz köməkliyinizi əsirgəməyəcəksiniz.

Biz imkan verməməliyik ki, hər hansı bir xarici və əznəbi vətandaşın torpaqlarımızın bütövlüyü uğrunda döyüşərək şəhid və əlil olmuş qaziləri təhqir edərək onları alçatsınlar. Ozünü əsil vətənpərvər veteran təşkilatı, müharibə veteranı və qazi hesab edənlər, Qarabağ əlillərinin pozulmuş hüquqlarinın müdafiəsinə qoşularaq qazilərə dəstək olmalıdırlar.

        Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər”  Fondunun Prezidenti,

          Əfqansdan və Qarabağ müharibəsinin  veteranı  Sərraf  Orucov   


Kateqoriya : SOSİAL Baxış sayı : 543

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...