MÜSAHİBƏ
A- A A+

İndoneziyalı tələbə: Azərbaycan haqqında zəngin təəssüratlara malikəm

2016-10-28 11:00:54

Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yarananda ilk günlərdən bu ölkənin dostlarının sırasında olmağımdan qürur hissi keçirirəm

Azərbaycan haqqında silsilə məqalələr üzərində işləyirəm və bunları İndoneziya mətbuatında dərc etdirməyi, eləcə də “Azərbaycanın Gənc Dostları” şəbəkəsi vasitəsilə bütün dünya ilə paylaşmağı düşünürəm.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikri “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin üzvü İmas Xourin Nisa Fuciati ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşərkən deyib.
İmas Xourin Nisa Fuciati deyib: “Son bir neçə il ərzində Azərbaycana dəfələrlə səfər etmişəm. İnternet vasitəsilə ölkəniz haqqında ilk məlumatları öyrəndiyimdə Azərbaycanın “Odlar yurdu” kimi təqdim edilməsi xüsusilə diqqətimi çəkmişdi. Bir də öyrənmişdim ki, Azərbaycan da İndoneziya kimi çoxmillətli və fərqli dini konfessiyaların birgə yaşadığı ölkədir. Bu istiqamət məni xüsusilə maraqlandırmışdı. Əvvəlki səfərlərim qısa sürdüyündən bu məlumatların düzgünlüyünü yoxlamaq şansım olmamışdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi yay məktəbində iştirak etmək fürsəti yarananda çox sevindim. Bu ölkədə qaldığım 10 gün ərzində internetdə öyrəndiyim məlumatlardan daha çoxunu öz gözlərimlə gördüm. Bu müddət ərzində Azərbaycan barədə, bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında bir ömür unutmayacağım müsbət zəngin təəssüratlara malik oldum.
Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti, müasir istirahət mərkəzləri, burada müxtəlif xalqların bir arada dinc yaşaması məni heyran etdi. Qəbələnin Nic qəsəbəsində qədim xalqlardan olan udilərlə tanış olduq. Orada müsəlmanlarla xristianların tolerantlıq şəraitində yaşadığını öyrəndik. Onların bir kənddə əsrlərdir ki, mehriban şəraitdə birgə yaşaması dünyaya nümunədir. Qəsəbədəki Alban xristian kilsəsinin dövlət tərəfindən təmiri və mühafizəsi təqdirəlayiqdir. Eyni zamanda, biz Nic qəsəbəsində udilərin toy mərasimində də iştirak etdik, yerli adət-ənənə ilə tanış olduq. Bu da mənim üçün çox maraqlı idi. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasını çox təqdirəlayiq hesab edirəm. İndoneziyada da multikultural dəyərlər mövcuddur. Hər iki ölkənin bu sahədə oxşar cəhətləri çoxdur. Bu ölkəyə dəfələrlə gəlişimdən sonra Azərbaycan multikulturalizmi modeli sözün yaxşı mənasında məni heyrətləndirdi. Çünki Azərbaycanda multikulturalizm təkcə yüz illər ərzində toplanmış birgəyaşama təcrübəsi deyil, həm də ölkə rəhbərliyinin diqqətdə saxladığı, dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir. Dünyada siyasi gərginliyin artdığı, terror və müharibələrin tüğyan etdiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm siyasətini prioritet kimi müəyyənləşdirməsi güclü siyasi iradənin və humanizmin təcəssümüdür.
Beynəlxalq multikulturalizm məktəbi müddətində bütün mühazirələr xoşuma gəlmişdi. Amma ən çox “Azərbaycanda milli müxtəliflik” və “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirələr yaddaşımda dərin iz buraxıb. Ekskursiyalarımız da unudulmaz idi. Qubadakı dağ yəhudilərin icmasına və Şəkidə Alban kilsəsinə səfərimiz məni mütəəssir etdi.
İndoneziyaya qayıtdıqdan sonra beynəlxalq multikulturalizm məktəbi haqqında fikirlərimi dostlarımla, tanışlarımla, müəllim həmkarlarımla paylaşdım. Azərbaycan multikulturalizmini incəliklərinə qədər öyrəndiyimi hesab edirəm, İndoneziyada məmnuniyyətlə Azərbaycan multikulturalizmini tədris etmək istərdim, özümü buna hazır bilirəm.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını kəskin pisləyirəm. İndiyədək müxtəlif vaxtlarda dostlarım və həmkarlarımla İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüşlərdə, İndoneziyanın, həmçinin Cənub-Şərqi Asiyanın ən böyük məscidində minlərlə insanın qatıldığı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimində iştirak edərək bununla da ruhən və cismən dost Azərbaycanın yanında olduğumuzu nümayiş etdirmişik.
Bütün bu həqiqətlərə söykənərək gələcəkdə “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan dövlətinin multikulturalizm yanaşmasının rolu” mövzusunda elmi iş üzərində işləməyi planlaşdırıram”.

 

 

 

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 272

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...