SİYASƏT
A- A A+

“Qərbin ikili standartları: demokratiya və insan hüquqları”

2015-04-30 18:45:49

“Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirib

Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı piar kampaniyası güclənir: 
“Təsadüfi deyil ki, APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmada bir sıra ciddi faktlar aşkarlanıb. Məlum olub ki, ABŞ başda olmaqla, ölkəmizə qarşı “qara piar”a start verilib. Bütün bunlar gözlənilən idi və Qərbin ikili standartlarından irəli gəlir. Biz düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin  niyyətlər nəticə verməyəcək. Ümid edirəm ki, birləşib ölkəmizə qarşı çirkin kampaniyanın qarşısını alacağıq”.
  Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycana qarşı Con Kerrinin rəhbərliyi ilə hazırlanmış layihə xarakter etibarilə digər kampaniya sənədlərindən fərqlənir: 
“Fikrimcə, bu, anti-Azərbaycan kampaniyası çərçivəsində çox böyük bir plandır. Planın bir hissəsi APA agentliyi tərəfindən açıqlanıb, ancaq ümid edirəm ki, digər sənədlər də yayımlanacaq. Artıq ABŞ Azərbaycan üçün bir təhlükəyə çevrilib. 

Düşünürəm ki, bu, heç bir halda iqtidarın yürütdüyü siyasətlə bağlı deyil. Prioritetləri dəyişən ABŞ və onun hazırkı hakimiyyətidir. ABŞ-ın hazırkı siyasəti demokratik dəyərlərə və Azərbaycanla münasibətlərə zərər vurur. Heç şübhəsiz ki, ABŞ-ın demokratiya adı altında yürütdüyü siyasət dünya xalqlarını qorxutmaqdadır. Düşünürəm ki, Azərbaycanı cəzalandırmaq siyasəti Qərb və ABŞ-ın maraqlarına daha çox zərbə vuracaq. Bu siyasət ABŞ-ın Cənubi Qafqaza girişini bağlamaq deməkdir. Bu baxımdan təklif edirəm ki, burada səslənən dəyərli fikirləri ingilis dilinə çevirib, ABŞ hökumətinə, Con Kerriyə göndərmək lazımdır”.
  “Bakı xəbər” qəzetinin baş redaktoru, koalisiyanın koordinatoru Aydın Quliyev bildirib ki, Qərb dövlətlərinin özündə də insan haqları sahəsində ciddi problemlər var: 
“ABŞ-ın Əfqanıstanda yerli əhaliyə qarşı zorakılığı barədə faktlar mövcuddur. Bu faktları işıqlandıran ABŞ jurnalistinə də təzyiqlərin olması bu ölkədə azad mediaya təzyiqlərdən xəbər verir. 2011-ci ildə Böyük Britaniyada iğtişaşlar zamanı sosial şəbəkələrin bağlanması da bu ölkədə azadlıqların məhdudlaşdırılmasından xəbər verir. Sadaladığım faktlar ABŞ və Böyük Britaniyada söz və mətbuat azadlığının, insan hüquqlarının nə dərəcədə pozulduğunu göstərir”.
 
“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı “ABŞ və Avropada irqi və dini ayrı-seçkiliyin artması və multikultiralizmin iflası” mövzusunda məruzə edib. 

O bildirib ABŞ-da tarixən irqi və dini ayrı-seçkiliklərlə bağlı problemlər olub:
 
“ABŞ-da dini ayrı-seçkiliyin qurbanına çevrilmiş iki milyona yaxın insan var. ABŞ insan haqları ilə bağlı 13 konvensiyadan 9-na qoşulmayıb. Beynəlxalq təşkilatların açıqladığına görə, ABŞ-da cinayətkarların cəzasızlığı, ölüm hökmünün qalması, miqrantların hüquqlarının pozulması, polis özbaşınalığı və digər ciddi problemlər var. Avropa İttifaqına gəldikdə, təşkilatın üzvü olan ölkələrdə insan haqlarına nəzarət edən heç bir qurum yoxdur. Bu faktlar onu göstərir ki, Avropa və ABŞ-da insan haqları ilə bağlı vəziyyət yaxşı deyil”.
 
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ABŞ və Avropa ölkələrində korrupsiya faktlarının artdığını vurğulayıb: 

“Bizə qarşı yönəlin əsas ittihamlardan biri də Azərbaycanda korrupsiyanın olmasıdır. Bizdə korrupsiya olsa da, buna qarşı effektli mübarizə aparılır. Təkcə, ASAN xidmətin fəaliyyətini vurğulamaq yetərlidir. Ancaq gəlin görək, bizi korrupsiyada ittiham edən ABŞ və Avropa İttifaqı ölkələrində vəziyyət necədir? Bu ölkələrdə yaşayan əhali arasında sorğu keçirilib və vətəndaşlar ölkələrində korrupsiyanın geniş yayıldığını bildiriblər. Avropa İttifaqı ölkələrində olduğu kimi, ABŞ-da da korrupsiya var. Amerikalıların 80 faizi ölkələrində korrupsiyanın olduğunu bildiriblər. Böyük Britaniyada 2006-cı ildə Lordlar Palatasında yerlərin pulla alınması qalmaqalı barədə həmin ölkənin mətbuatında məlumatlar yayılıb. ABŞ və Avropa İttifaqı ölkələrində olduğu kimi, çirkli pulların yuyulmasında iştirak edən beynəlxalq təşkilatlar, indi Azərbaycanda insan haqları ilə bağlı bəyanat yayır. “Freedom House” təşkilatının xərclərinin 80 faizi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir. Bu baxımdan reytinqlərin müəyyən olunmasında ciddi siyasi amillər dayanır”.
  Daha sonra məruzələr ətrafında çıxışlar başlayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1519

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...