SOSİAL
A- A A+

QHT təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına dəstək olur

2016-10-27 10:15:33

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi davam edir. Layihənin rəhbəri, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Milli Qəhrəman ailələri ilə görüşü zamanı demişdi: “Vətənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nə qədər Azərbaycan xalqı,  Azərbaycan Dövləti var, Şəhidlərimiz qəlbimizdə yaşayırlar və yaşayacaqlar!”

 Hazırda Azərbaycanın ən öncül problemlərindən biri Azərbaycan vətəndaşlarında, xüsusən, gənclərimizdə vətənpərvərlik hissinin lazımı səviyyədə olmamasıdır. Bizcə, vətənpərvər olmaq heç də tez-tez  “ mən vətənimi canımdan artıq sevirəm” demək deyil. Əsl vətənpərvər o şəxsdir ki, Vətənin dar günündə onun dərdinə ürəkdən yanır, Vətənin hər-hansı probleminin həllində iştirakını özünün müqəddəs borcu bilir və ən əsası, Azərbaycan vətəndaşı olması ilə həmişə fəxr edir.

Etiraf etmək lazımdır ki, indiki müasir  gənclərimiz Milli Qəhrəmanlarımızı özlərinə biz-yaşlı nəsl Həzi Aslanovu, Mehdi Hüseynzadəni, Gəray Əsədovu, Qafur Məmmədovu və s. bu kimi  Sovet İttifaqı Qəhrəmanlarını özümüzə doğma bildiyimiz qədər doğma bilmirlər. Ona görə də biz Milli Qəhrəmanlarımızın tanıdılması və təbliğatı istiqamətində hələ çox iş görməliyik şüarını əsas götürərək respublikamızın təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlarının foto guşələrinin yaradılmasını həyata keçirtməyi özümüzə borc və şərəf bilirik.

 Vətənpərvərliyin təbliğ olunması istiqamətində ən önəmli olan Milli Qəhrəmanlar güşəsi bu günə kimi respublikamızın bir çox təhsil ocaqlarında yaradılmamış, bir çoxlarıda isə Milli Qəhrəmanlarımızın adına yaraşmayan formada yaradılmışdır. 

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi təhsil ocaqlarında Milli Qəhrəmanlarımıza həsr olunmuş tədbirləri keçirən zaman biz bu nəticəyə gəldik ki, o məktəblərdə ki, gənclər arasında vətənpərvərlik təbliği istiqamətində güclü iş gedir, Qəhrəmanlarımızın həyat və döyüş yolu barədə mütamadi olaraq tədbirlər keçirilir, o məktəblərdə şagirdlərin dərsə davamiyyəti və təhsil səviyyəsi çox yüksəkdir və ya əksinə, o məktəblərdə ki, şagirdlərin Vətən uğrunda canını fəda etmiş Milli Qəhrəmanlar barədə məlumatı səthi və ya yox səviyyəsindədir, o məktəblərdə təhsilin də səviyyəsi çox zəifdir. Belə məktəblərdə apardığımız sorğular zamanı şagirdlər 214 Milli Qəhrəmanımızdan hətta iki-üçünün belə adını çəkə bilmirdilər. Bizim fikirimizcə bu acınacaqlı halın əsas səbəbkarı təhsil ocaqlarının rəhbərliyidir. Bu problemin həllində əsas çıxış yolu olaraq biz Respublikamızın bütün təhsil ocaqlarında Milli Qəhrəmanlarımızın foto-şəkillərindən hazırlanmış foto-stendlərin quraşdırıldığı Milli Qəhrəmanlar guşələrinin yaradılmasını təklif edirik.

Bu layihəni həyata keçirməkdə əsas məqsədimiz respublikanın bütün  orta təhsil ocaqlarında Milli Qəhrəmanlarımıza həsr olunmuş foto-güşələrin yaradılmasıdır.

214 Milli Qəhrəmanımızın fotolarından ibarət foto-plakatlar nəşr etdirərək Bakı şəhərinini Binəqədi, Nəsimi,Nizami, Pirallahı və respublikamızın Bərdə, Tərtər Fizuli rayonlarında ümumi olaraq 130 təhsil ocaqlarında Milli Qəhrəman guşələri yaratmaqda əsas məqsədimiz yeniyetmələrimizin və  gənclərimizin Vətən yolunda canlarını fəda etmiş Qəhrəmanları heç vaxt unutmamalarına, özlərinin gələcək işlərində, həyatında Qəhrəmanlardan nümunə götürməyə  nail olmaqdır.

Fact-info.az

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 466

QHT və MEDİA

2018-04-24 09:35:28

QHT və MEDİA
İkili standartlar demokratiyaya, ölkələr...
İkili standartlar demokratiyaya, ölkələr...

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təqdim et...

2018-04-22 15:40:49

QHT və MEDİA
Müharibə və ixtilaflar girdabında: dünya...
Müharibə və ixtilaflar girdabında: dünya...

Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər d...

CƏMİYYƏT

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

2018-04-21 14:05:40

CƏMİYYƏT
Erməni saxtakarlıqlarının ifşası mövzusu...
Erməni saxtakarlıqlarının ifşası mövzusu...

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...