QHT və MEDİA
A- A A+

Qarabağ həqiqətləri Danimarkada

2016-10-26 10:50:31

Layihə

Oktyabrın 21-də Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Danimarkanın paytaxtı Kopenhagenin Vallensbeak bələdiyyəsinin "Kultur og Fnivillghed" zalında Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Qarabağ həqiqətləri mövzusunda tədbir keçirib.

Tədbir Danimarkada fəaliyyət göstərən Vətən cəmiyyətinin sədri Səfər Sadiqinin təqdimatı ilə başlayıb.

Daha sonra Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışıb, Azərbaycan xalqının uzun illərdən bəri erməni təcavüzünə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Qeyd edək ki, tədbirdə Azərbaycan həqiqətlərini əks etdirən filmlər nümayiş olunub, iştirakçılara kitab və bukletlər paylanılıb.

Danimarka səfəri çərçivəsində türk əsilli deputat Yıldız Akdoqanla görüşdüyünü deyən N. Əhmədli bildirib ki, Yıldız xanım Danimarka parlamentində yeganə əcnəbi millət vəkilidir: "O üçüncü dəfədir ki, Sosial Demokrat Partiyasından Danimarka parlamentinə millət vəkili seçilir. Biz Yıldız xanımdan Danimarka parlamentində Azərbaycanın dostları adlı deputat qrupu yaratmağı xahiş etdik. Yıldız xanım bizim təklifimizi çox səmimi qəbul etdi".

N.Əhmədli qeyd edib ki, bu qrupun yaradılması ilə Danimarka millət vəkilləri Azərbaycana səfər edərək ölkəmizin tarixi, xalqımızın erməni işğalçıları və onların havadarları ilə mübarizəsinə daha yaxından bələd ola bilərlər: "Bununla da Danimarka Parlamentindən Azərbaycanın ədalətli mövqeyinin müdafiəsinə böyük dəstək qazana bilərik".

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 585

QHT və MEDİA

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...