TƏDQİQATLAR
A- A A+

“Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan”

2016-10-26 10:10:11

Elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

Konfransda bir sıra Şərq ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, bu elm müəssisəsinin əməkdaşları və başqaları iştirak ediblər.

Konfransı açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva bu yaxınlarda müstəqil Azərbaycanın tarixində əlamətdar günün qeyd olunduğunu söyləyib. O deyib: “Müstəqilliyimizin bərpasının 25-ci ili tamam oldu. Tarix baxımından elə də böyük zaman kəsiyi olmasa da, bu dövrdə ölkəmizdə möhtəşəm işlər görülüb. Bütün bunları nəzərdən keçirərkən bir daha şahidi oluruq ki, ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düzgün yolu tutub və uğurla addımlayır. Ümummilli Lider müasir müstəqil Azərbaycan Respublikasının yaradıcısı, Prezident İlham Əliyev isə böyük lider kimi tariximizə daxil olub”.

G.Baxşəliyeva Azərbaycanın nüfuzlu təşkilatlara üzv olduğunu, dünya ölkələri ilə tarazlaşdırılmış, ölçülüb-biçilmiş xarici siyasət yürütdüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bütövlükdə regionda sabitliyin pozulmasına, ekstremist qüvvələrin, beynəlxalq güclərin müdaxiləsi nəticəsində bir çox yerlərdə qarşıdurmaların alovlanmasına baxmayaraq, ölkəmizdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür. Bugünkü konfransın məqsədi də regionda baş verən hadisələrə obyektiv qiymət vermək, onlara münasibətdə Azərbaycanın siyasətini təhlil etməkdir.

 Sonra Azərbaycandakı diplomatik nümayəndəliklərin təmsilçiləri çıxış edərək Yaxın Şərq böhranının bölgə ölkələrinə təsiri və bu dövlətlərin həmin böhrandan çıxmaq istiqamətində gördükləri işlərdən danışıblar.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 606

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...