CƏMİYYƏT
A- A A+

“Vesti nedeli” proqramında Azərbaycanla bağlı süjet göstərilib

2016-10-24 09:10:25

“Rossiya 1” kanalının “Vesti nedeli” proqramında Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müasir Azərbaycan: parlaq, heyrətamiz və innovasiyalı” adlı süjet göstərilib

Verilişin aparıcısı Dmitri Kiselyov bildirib ki, ötən həftə Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini qeyd edib. Bu ərəfədə Prezidenti İlham Əliyevin “Sputnik” agentliyinə müsahibə verdiyini deyən aparıcı Azərbaycan liderinin öz ölkəsi haqqında qürur və əminliklə danışdığını vurğulayıb. Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsindən fraqment nümayiş etdirilib.
Kanalın müxbiri Dmitri Kaystronun Azərbaycandan hazırladığı süjetdə Heydər Əliyev adına Dərin Özüllər zavodu, “Şimal-Cənub” nəqliyyat dəhlizi, Azərbaycanda ilk telekommunikasiya peykinin buraxılması, “ASAN xidmət” mərkəzləri barədə söhbət açılıb. Süjetdə, həmçinin ölkəmizdə rus dilində təhsilə qayğıdan, Azərbaycanın son zamanlar silsilə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, respublikamıza turist axının, xüsusilə Rusiyadan gələn turistlərin sayının artmasından da danışılıb.
Süjetin müəllifi qeyd edib ki, Azərbaycan hazırda İslam Həmrəylik Oyunlarını keçirməyə hazırlaşır. İdman və gənclər naziri Azad Rəhimov ölkəmizin son illər idman sahəsində, AFFA-nın baş katibi Elxan Məmmədov isə futbolda qazanılan uğurlar barədə məlumat veriblər. “Azərbaycan ildən ilə sürətlə dəyişir. Min illərlə sivilizasiya tarixi olan bu torpaqda yüksək texnologiyalar qədim ənənələrlə yanaşı yaşayır”, - deyə müəllif süjetə yekun vurub. (AZƏRTAC)

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 867

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...