SİYASƏT
A- A A+

“Türk dünyası gənclərinin ilk forumunun keçirilməsi əhəmiyyətli hadisədir”

2016-10-24 08:55:44

Şimali Kiprdə Türk dünyası gənclərinin birinci Forumu keçirilib

Forumun açılış mərasimində rəsmi şəxslər, deputatlar, QHT və KİV təmsilçiləri olmaqla 300 nəfər iştirak edib. 
“Azxeber.com”un məlumatına görə, mərasimdə Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş, Şimali Kiprin maliyyə naziri Serdar Denkdaş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış ediblər. 
V.Quliyev çıxışında Forumun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü gününə təsadüf etdiyini bildirərək, ölkəmizin sürətli inkişafı, ölkənin həyatında gənclərin rolu, gənclər siyasətinin əlamətdar nəticələri barədə məlumat verib. O, Forumda dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan və işləyən türkdilli gənclərin bir araya gəlməsinin əhəmiyyətini vurğulamış, birgə müzakirələrin aparılmasının və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsinin vacibliyini qeyd edib. 
Sektor müdiri bildirib ki, gənclər hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir. Ölkələrimizin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Bu baxımdan gənclərlə ardıcıl iş aparılmalıdır. Eyni zamanda gənclər onlar üçün yaradılmış imkanlardan səmərəli şəkildə yararlanmalıdır.
V.Quliyev sonda türkdilli ölkələrin gəncləri arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edib, hər bir gənci Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağı


Kateqoriya : SİYASƏT Baxış sayı : 561

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...