SOSİAL
A- A A+

“Siz tək deyilsiniz! Biz sizinləyik”

2016-10-24 08:25:04

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik”  layihəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə Dəyirmi Masa keçirildi. Valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr aparıldı.

Layihənin rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edib, qonaqları salamlayıb və layihə haqqında  məlumat verdi.  “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsi çərçivəsində aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması məsələləri müzakirə edildi.
Şəhla Qarayeva həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də, mövcud problemlərin həlli üçün ictimai birliklərin, mətbuatın və fəal vətəndaşların dəstəyindən yararlanmaq dövlətimiz və cəmiyyətimiz üçün faydalıdır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların  özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını diqqətdə  saxlamaqla sosial təminatını müntəzəm olaraq yaxşılaşdırmağa çalışmalıyıq. Lakin təəssüflər olsun ki, uşaq evlərində, internatlarda yaşayan doğmaları tərəfindən unudulmuş insanlarımız hələ də çoxdur. Buna görədə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Siz tək deyilsiniz! Biz sizinləyik”,  Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçirməyi qarşıya məqsəd qoymuşuq.

Layihə müddətində biz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nümayəndəsinin, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb. Tədbirdə iştirak edən, QHT, KİV nümayəndələri həyata keçirilən layihədə qaldırılmış problemlər haqqında çıxış edərək maraqli təkliflər verdilər.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 404

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...