MƏDƏNİ
A- A A+

QORXUNC YUXU... SOLMUŞ YASƏMƏN AĞACI...

2015-04-29 15:35:04

Hekayə

Yasəmən ağacı həyətin yaraşığı idi. Evdəkilərin hamısı, az qala onu göz bəbəyi kimi qoruyurdu. Ona görə də yetərincə qayğı göstərirdilər. Sanki ağac da bu nəvazişi, bu doğmalığı hiss edir, göstərilən qayğıya cavab olaraq, tez boy atmağa çalışırdı.

Mart ayı idi, Fikrət yasəmənin çiçək açacağı günü gözləyirdi. Ağaca elə bağlanmışdı ki, sanki onunla nəfəs alırdı. Tənha vaxtlarında da birlikdə olurdular. Dərdləşə-dərdləşə sirdaş olmuşdular.

 Yasəmən çiçək açmışdı. Fikrətin dodaqlarına qonan təbəssüm bütün vücudunu sarmışdı o gün. Səkinə ana oğlunun sevincinə şərik olaraq: “Bax bu yasəmənin dövrəsində sənə bir toy çaldıracağam ki, sədası ərşə ucalsın” demişdi. Fikrət dodaqaltı gülümsəyərək: “Ana, hələ tələsmə, Vətənimin başı üzərindən qara kölgələr çəkilməyincə, qəlbim rahatlıq tapmaz, Qarabağa – döyüşə gedirəm” deyə anasını bağrına basmışdı.

Fikrət haradasa anasının narazı qalacağını bilirdi. Axı o, həm də Sovet ordusundan yenicə dönmüşdü. Gələn gündən döyüşə gedəcəyini bildirsə də, “komissarlıq nə vaxt lazım bilsə səni çağıracaq, iki ildi üzünə həsrətəm, anan boyuna qurban, yenə məni gözü yaşlı qoyma. Hələ sənə bir gözaltı da eləmişəm, ümidlərimi puç eyləmə”-demişdi Səkinə ana. Fikrətin qərarı qəti idi.          

Fikrət Hüseyn oğlu Əsədov Goranboyun Xoylu kəndində doğulub. Quşların cəh-cəhində, bulaqların zümzüməsində, Kürəkçayın qıjhaqıjında böyüyüb. Dağ ətirli Xoylunun təmiz havasını udub. Orta məktəbi də doğulduğu kənddə başa vurub. Ötkəmliyi, hazırcavablığı ilə seçilib tay-tuşlarından. Hərb elminə də elə uşaqlıqdan marağı olub. Xalqımızın igid oğullarının həyatıyla maraqlanıb onlardan ibrət götürüb həmişə.

Onun vətənpərvərliyi imperiya ordusunda xidməti zamanı da özünü göstərib. Qarabağ hadisələrindən narahat olan Fikrət Azərbaycana qayıtmaq haqqında düşünürdü. 

Imperiyaya xidmətdən imtina etmək üçün komandanlığa yazılı müraciətləri qəbul olunmasa da, o, bu addımı atmışdı. Baxmayaraq ki, o zaman Azərbaycan İmperiyanın tərkibində idi.

 “Ana, mağazadan siqaret alıb qayıdırdıq, - deyə Fikrət Vaqiflə birgə evdən çıxdı. Todan istiqamətində yola düşən qohumlar az sonra döyüş paltarını geyinmişdilər. Təbrik edirdilər bir-birini...

Qarşı yüksəklikdəki strateji nöqtələr ermənilərin əlində idi. Bu səbəbdən əsgərlərimizin irəliləməsi mümkün deyildi. Vəziyyətin gərginliyi kənd sakinlərini də çətin duruma salmışdı. Ağcakəndin yaraqlılardan boşaldılması üçün hazırlanan əməliyyat vaxtında yerinə yetirlməliydi ki, gözlənilən düşmən hücumunun qarşısı alınsın. Beləliklə, Todan istiqamətindən hücuma keçən əsgərlərimizin son hədəfi Ağcakənd oldu. Fikrət Əsədov da bir bölük başçısı olaraq ön sıralarda idi.

Erməni yaraqlıları aldığı zərbədən hələ də, özünə gələ bilməmişdi. Itkilərin sayı onlarda elə bir xof yaratmışdı ki, gözlənilən hücum planını təxirə salmışdılar. Bundan istifadə edən döyüşçülərimiz Qazanbulaq istiqamətindən növbəti əməliyyata keçdilər. Fikrətin qorxmazlığı risqli addımları və döyüş zamanı etdiyi manevrlər komandanlığın nəzərindən yayınmadı. Sürətli hücumla bir neçə düşmən postu məhv edildikdən sonra “Daş karxanası” deyilən əraziyə qədər əsgərlərimiz irəlilədi. Düşmənin hərbi birləşmələri xeyli sayda itki verdi. Qənimət kimi xeyli silah-sürsat ələ keçirildi.

Kəlbəcərin strateji mövqeyi düşməni qorxudurdu. Odur ki, əsas qüvvəni həmin istiqamətdə cəmləyərək, cəbhə boyu üstünlüyü ələ almağa çalışırdılar. Və inanırdılar ki, Ağdərə-Kəlbəcər yoluna nəzarət etdikləri üçün əməliyyat uğurla başa çatacaq.

Ər oğullarımız düşmənin hiyləsindən vaxtında xəbər tutmuşdu. Ona görə də qısa zamanda səfərbər olunaraq, Ağdərə-Kəlbəcər yolunu açmaq, düşməndən təmizləmək üçün hücuma keçdilər. Fikrət də yaxın qohumu Vaqiflə kürək-kürəyə verib namərd düşmənin başına od ələyirdi. Ölümsaçan güllələr quldurları yerə sərdikcə Fikrətin gözlərindən od parlayırdı... düşməni cənginə alacaq bir od. Və elə bu zaman ətraf toz-dumana büründü. Bir metrlikdəki məsafə görünməz oldu. Amma güllə yağışı səngimək bilmirdi. Məhz toz çəkiləndən sonra Fikrət anladı ki, yaxın qohumu, dostu, silahdaşı olan Vaqifi itirib. Vaqifin itkisi Fikrətə yeni bir təkan verdi. O, yenidən hayqıraraq düşmənin üstünə şığadı. Fikrətin qisas hissi birə-on artmışdı.

Fikrət döyüşə gedərkən ilk öncə qardaşını, axtarıb tapdı. Ona evə dönməyi təklif etdi, axı Qurbanın  gözü yollara dikili 5 övladı vardı, onları intizardan qurtarmağa çalışdı Fikrət. Qurban Fikrəti dinlədikcə için-için gülümsəyirdi. Sanki o baxışlar dil açıb: “Nahaq yerə özünü yorma, döyüş qurtarmayınca geri dönmək şənimə yaraşmaz” deyirdi. Fikrət qardaşına nəyisə izah etməyə çalışsa da, bacarmayacaqdı, çünki qardaşının iradəsinə, qətiyyətinə bələd idi. Döyüş davam edirdi.

Goranboydan, Ağdamdan, Ağdərədən keçdi Fikrətin döyüş yolu. Sonra bu yol Füzuliyə qədər uzandı... ta Haramı düzünə kimi... Fikrət Füzulidə döyüşlərə qatılanda kürəkəni Bayram Arazovla da görüşə bildi. Amma o bilmirdi ki, bu görüş ayrılığın başlanğıcıdı, az sonra Bayram həyata əlvida deyəcək, şəhidliyə qovuşacaq. Bəli, bu müharibənin yazılmayan qanunlarıdır.

Fikrət silahdaşları arasında böyük hörmət və nüfuz sahibi idi. Hər kəs ona inanır, etibar edirdi. Ona görə əhval-ruhiyyəsi yüksək olurdu döyüşçülərin. Qanlı döyüşlərin başlayacağı dəqiqələr bir-birini addım-addım izləyirdi. Və nəhayət ilk atəş... O gün hər iki tərəfdən xeyli ölən və yaralanan vardı. Qan su yerinə axırdı. Qızmış şir kimi irəli atılan döyüşçülərimiz yaraqlıların qarşısını almaqda çətinlik çəkməsələr də, silah-sursat qıtlığı özünü büruzə verməkdə idi. İrəliləməkdə olan düşmən tankını vurmaq üçün Fikrət mövqeyini dəyişməli oldu. Və ilk zərbədə tank sıradan çıxaraq alovlanmağa başladı. Amma deməyəsən, namərd düşmən qorxmaz soydaşımızı hədəfə alıbmış. Təəssüf ki, Fikrət bu hədəfdən yayına bilmədi. Son nəfəsdə “Döyüşü dayandırmayın, onsuz da onlar qorxaqdır, növbəti həmlədə postu qoyub qaçacaqlar”- deyə bildi Fikrət.

Səkinə ana Fikrətin yadigarı olan yasəmən ağacına özü qulluq edirdi. Deyirdi ki, oğlumun qoxusunu ondan alıram.

Amma o gecə qorxunc bir yuxu gördü Səkinə ana. Oyanan kimi yasəmənlə görüşməyə, dərdini bölüşməyə tələsdi. Amma yasəmən də yaman nisgilli idi. Ana təəccübləndi, “bəlkə susuzdu, yox, dünən özüm su vermişəm, yox, yox, bəlkə oğlumun başında bir iş var” deyə düşündü. Ananın xəbəri yox idi ki, oğul şəhidlik zirvəsinə yüksəlib, haqqa qovuşub.

Maraqlı o idi ki, Fikrət şəhid olduğu gün həmin yasəmən ağacı da öz ömrünü başa vurdu. Bax, bu əsl möcüzə idi.

O, vətənpərvər, qeyrətli vətəndaş və xeyirxah qəlbli bir gənc idi. Rəşadəti və cəsarəti ilə gənclərimizə örnək olan Fikrət öz ölümü ilə qəhrəmanlıq tariximizin yeni bir səhifəsini yazdı.

Səkinə ananın təsəllisi odur ki, oğlu vətənimizin bütövlüyü uğrunda şəhid olub. Məktəb illərinin xatirəsini yaşadan masanın üstündə isə, ananı ovunduran bir şəkil, üç güllə və bir də gümüş bilərzik var... Fikrətdən yadigar olaraq...

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1868

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...