İQTİSADİ
A- A A+

Dünya Bankı: “Azərbaycan ən yüksək göstəriciyə malikdir”

2016-10-21 13:10:43

İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon və bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvin ilə görüşüb

İqtisadiyyat Nazirliyindən azvision.az-a verilən məlumata görə, Ş. Mustafayev Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Ş. Mustafayev nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyini qeyd edib, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliyinə görə dünyada 37-ci olduğunu vurğulayıb.

Görüşdə, həmçinin ixraca dəstək mexanizmlərinin xarici iqtisadi əlaqələrin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında mühüm əhəmiyyəti önə çəkilib. Bildirilib ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir və bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təsərrüfatı və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə birgə həyata keçirilən bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, "Abşeron göllərinin bərpası" layihəsi üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır. Ümumilikdə Dünya Bankı ilə birgə 40 layihə icra olunub, 11 layihə üzrə işlər davam etdirilir.

M. Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycanın yoxsulluğun azaldılması sahəsində regionda ən yüksək göstəriciyə nail olduğunu vurğulayıb.

Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvin Dünya Bankının ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 719

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...