QHT və MEDİA
A- A A+

“Jewish Journal” Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məqalə dərc edib

2016-10-18 09:20:20

ABŞ-ın “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Müstəqillik günün mübarək, Azərbaycan!” sərlövhəli məqaləsi dərc edilib

Məqalədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, dövlətçiliyini möhkəmləndirməsindən, iqtisadiyyatının və geniş əhatəli çoxmədəni, çoxkonfessiyalı cəmiyyətinin inkişafından danışılır.

Müəllif yazır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkə qeyri-sabitlikdən, dağıdılmış büdcə və infrastrukturdan xilas olub ki, bu, Azərbaycanın regionun ən böyük iqtisadiyyata malik sabit dövlətinə çevrilməsi ilə nəticələnib. Heydər Əliyevin uğurlarının əsas amilləri sahibkarlıq imkanlarının genişləndirilməsi, Azərbaycanın uzunmüddətli enerji strategiyasının müəyyən edilməsi və reallaşdırılması, ticarətin inkişafı, multikulturalizmin təşviqi, region ölkələri, həmçinin Avropa, ABŞ və İsrail ilə sıx münasibətlərin qurulması olub.

M.Yevdayev yazır ki, bu siyasi kursu davam etdirən Prezident İlham Əliyev dövlətin sabitliyinin möhkəmləndirilməsi və ölkənin iqtisadi yüksəlişi üçün böyük qüvvə sərf edib. Bunu Azərbaycanda yoxsulluq səviyyəsinin 2001-ci ildə 50 faizdən 2016-cı ildə 5 faizə enməsi təsdiqləyir. Bütün bunlar isə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionuna təcavüzün davam etməsi, habelə Ermənistanın azərbaycanlılara qarşı apardığı amansız etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün ordusunun yaranması şəraitində baş verib.

Müəllif müstəqillik illərində ölkənin qazandığı nailiyyətlərdən bəhs edərək oxucunun diqqətini, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə yönəldir. Bu dəyərlər xalqın iradəsində və ədalət tərəfdarı olmasında, on minlərlə yəhudinin nasistlərin təqibindən qaçaraq Azərbaycanda sığınacaq tapmasında özünü göstərir. Azərbaycan, həmçinin ABŞ-da baş verən 11 sentyabr terror hücumlarından sonra terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlara və digər ölkələrə hərbi və logistik dəstək göstərən ilk dövlətlərdən biri olub. M.Yevdayev onu da qeyd edir ki, bu dəyərlər 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə əsaslanır.(AZƏRTAC)

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 443

QHT və MEDİA

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...