SOSİAL
A- A A+

Almaniyalı alim erməni işğalı ilə bağlı kitab yazıb

2016-10-18 08:20:37

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr olunub

Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında yer alıb. 

Kitabı fərqləndirən digər xüsusiyyətlərdən biri odur ki, M. R. Hess Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamla bağlı ayrıca yarımfəsil ayırıb, Ermənistanın bəzi hökumət üzvlərinin, xüsusilə prezident Serj Sarkisyanın Xocalı qırğınının iştirakçısı olduğunu qeyd edib. 

M. R. Hess münaqişənin həlli ilə bağlı apardığı elmi təhlillərində əsaslandırır ki, münaqişənin həllində qaçılmaz ilk şərt bundan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmalıdır: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan münaqişənin həlli çətin ki, mümkün olsun. İşğal edilmiş ərazilərdən qovulmuş insanların vətənə dönüş hüququ təmin olunmalıdır”. 

Müəllif nəticə hissəsində yazır ki, 2016-cı ilin aprelindəki hadisələr Dağlıq Qarabağ münaqişəsinin Avropanın cinahında açıq yara olaraq qaldığını göstərib. 

 Poliqlot alim M. R. Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı, regionun arxivlərindəki Azərbaycan, erməni, gürcü, eləcə də türk, yunan və fars dilindəki mənbələr və KİV materiallarından da istifadə edib.(Azadinform)


Kateqoriya : SOSİAL Baxış sayı : 854

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...