QHT və MEDİA
A- A A+

QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib

2016-10-16 12:25:11

Layihə

Oktyabrın 14-də Gəncədə "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinintəşkilatçılığı  ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən YAP Gəncə şəhər təşkilatının qərargahında  keçirilən təlimdə 30-dan çox QHT nümayəndəsi və gənc fəallar iştirak edib.

Təlimin layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib ki, layihənin əsas məqsədi QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişaf etdirilməsidir. Məlumat verilib ki, indiyədək Bakı, Şirvan, Quba və Mingəçevir şəhərlərində 100-ə yaxın QHT üzvləri üçün təlimlər keçirilib.

Layihə çərçivəsində 400 QHT üçün subdomenli saytlar, 150-yə yaxın QHT liderləri üçün isə bloqlar yaradılıb. Cari ilin mayında başlayan layihənin noyabrın 5-də yekunlaşacağını qeyd edən təlimçi vurğulayıb ki, şəbəkədə daha çox aktivlik göstərən QHT-lərə və gənc fəallara xüsusi mükafatlar təqdim olunacaq.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1113

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...