SOSİAL
A- A A+

“Xocalıdan olan 25 kimsəsiz gənclə bağlı ayrıca mexanizim fikirləşməliyik"

2016-10-15 10:50:26

Çox vacib bir məsələni müzakirə edirik

Təbii ki, şəhid ailələrinə dövlət tərəfindən, cənab Prezident tərəfindən diqqət və qayğı var. Son “Aprel döyüşləri”ndən  sonra, biz gördük ki, cəmiyyətimiz Orduya necə böyük dəstək nümayiş etdirdi. Bunlar hamısı dövlətin düzgün siyasəti nəticəsində həyata keçirilən tədbirlərdir. Biz bu tədbirləri dəstəkləyirik.
Bu sözləri Milli Məclisin 14 oktyabr tarixli iclasında parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov deyib. 
Deputat bildirib ki, şəhid ailələri ilə bağlı qanunvericilik istiqamətdə bir çox məsələlər həll olunub. 
“Amma dünyanın bir çox yerində belə ailələrlə bağlı problem mövcuddur. Azərbaycan bu istiqamətdə örnək bir ölkədir. Biz şəhidlərimizi heç vaxt unutmuruq. Onların valideynlərinə və övladlarına çox böyük qayğı və dəstək var. Xocalıdan olan, ata-anasını itirmiş 25 gəncə və digər şəhid ailələrinə göstərilən xüsusi qayğı, diqqət və köməyə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür edirəm. Son illər ərzində onların bir çox məsələsi Fond tərəfindən həll olunub. Xocalı məsələsi bizim üçün həm də dünyaya bu soyqırımının çatdırılması baxımından vacibdir. Bu, çox böyük siyası  əhəmiyyət daşıyır.  Xocalıdan olan 25 kimsəsiz gənclə bağlı ayrıca mexanizim fikirləşməliyik.
Eyni zamanda, Xocalıya soyqırımına məruz qalmış şəhər statusunun verilməsi məsələsinə də baxmalıyıq. 
Dünya təcrübəsindən də görürük ki, Bosniyafa Srebrennitsa və digər başqa şəhərlərdə törədilmiş soyqırımları, o faciələri yaşamış insanlarla bağlı xüsusi işlər gedir. Biz həmin gənclərlə bağlı müvafiq olaraq, Səlim müəllimə müraciət etmişik”.
Fuad Muradov daha sonra bildirib:

“Biz 25-26 il ərzində çalışmışıq ki, Xocalı soyqırımını müxtəlif parlamentlər tanısın, müxtəlif dövlət qurumları çərçivəsində yanaşma dəyişsin. Və bu ğun nəticələr var. Ona görə də xahiş edirəm ki, Hadı müəllimlə də bu məsələyə baxaq. 
Bu məsələdə cəmiyyətin razılığı, ölkə rəhbərliyinin siyasəti  ortadadır, bizim QHT də bu işdə çox fəaldır. 
Parlamentin üzvləri də hər zaman şəhid ailələrinə xüsusi diqqət yetirir. Xeyir və şərlərində hər zaman iştirak edirlər. Ortada daha çox müsbət məsələlər var. Biz bunları qabartmırıq, amma bəzən hansısa sarı mətbuat yazır ki, filan şəhid ailəsinə hörmətsizlik olundu.

Təbii ki hüquqi mexanizmlər var, biz onlara baxırıq. Əgər məntiqli təklif varsa, bunu nəzərdən keçiririk. 
Sadəcə olaraq, Xocalı məsələsində həmkarlarımla razıyam ki, burada xüsusi diqqət və yanaşma olmalıdır. 
Ola bilsin ki, bəzi büdcə məsələləri var, biz onlarla bağlı müzakirələr aparırıq. Yaxşı olardı ki, o gənclərin gələcək statusu ilə bağlı burada xüsusi təşəbbüs irəli sürək və eyni zamanda Xocalıya şəhər kimi də xüsusi status verilməlidir. Çünki bizdən soruşurlar ki, axı o status nədir? Yanaşmanız necədir? Və təbii ki biz çalışırıq bu sualları məntiqli cavablandıraq. Yəni bu məsələlər qanunvericilik çərçivəsində öz əksini tapmalıdır”.(Modern.az)

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 364

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...