İQTİSADİ
A- A A+

BMT-nin Dayanıqlı İnkişaf Qrupu Azərbaycana dəstək verməyə hazırdır

2016-10-12 09:25:47

BMT-nin Dayanıqlı İnkişaf Qrupu bu istiqamətdə Azərbaycan hökumətinə dəstək verməyə hazırdır

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 11-də BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri Corc Buma ilə keçirdiyi görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. T.Budaqov dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Fərmanının əhəmiyyətini xüsusi vurğulayıb.

Komitənin sədri qeyd edib ki, Dövlət Statistika Komitəsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), UNESCO və Dünya Bankı kimi qurumlarla səmərəli əməkdaşlıq edir. T.Budaqov milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən söhbət açıb. O, sentyabrın 12-16-da Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsinin nəticələrini diqqətə çatdırıb.

BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri C.Buma qlobal məqsədlərin Azərbaycan Respublikasında səmərəli həyata keçirilməsi yolunda dayanıqlı inkişafın təmin edilməsində hökumətin həyata keçirdiyi tədbirləri, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qiymətləndirib. O, Dayanıqlı İnkişaf Qrupu olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan hökumətinə dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupu arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 Qeyd edək ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb, kollektiv təşəbbüsə qoşularaq, ölkəmizi daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 591

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

2018-09-17 09:30:12

CƏMİYYƏT
Parad Azərbaycan-Türkiyə birliyinin sars...
Parad Azərbaycan-Türkiyə birliyinin sars...

Paradda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı 1918-ci il 15 sentyab...

İQTİSADİ

2018-09-12 11:20:53

İQTİSADİ
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş üz...

2018-09-10 21:25:18

İQTİSADİ
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...

Sentyabrın 10-da mənzil-qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Ko...