QHT və MEDİA
A- A A+

Amerikalı jurnalist Azərbaycanda mövcud olan multikultural mühitdən yazır

2016-10-11 08:25:50

Məqalə

“Recorderonline.com” internet portalında tanınmış amerikalı jurnalist Raul Kontrerasın Azərbaycandakı multikultural mühitdən, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamalarından bəhs edən məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olduğunu bildirib, Azərbaycanda müşahidə etdiyi multikulturalizmi, dini tolerantlığı xüsusi vurğulayıb.

Ölkəmizin tarixi haqqında məlumat verən müəllif yazır ki, hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl Azərbaycanda qadınlara səsvermə hüquq verilib. Müsəlmanların çoxluq təşkil etdiyi bu ölkədə yəhudilər, xristianlar dinc yanaşı yaşayırlar.

Müəllif, həmçinin Azərbaycana səfəri zamanı Quba şəhərində olduğunu, Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdiyini yazaraq qeyd edir ki, orada ermənilərin və bolşeviklərin dini mənsubiyyətindən asılı olaraq, məqsədli şəkildə amansızcasına qətlə yetirdikləri minlərlə günahsız insan cəsədinin qalıqları var.

Məqalədə qeyd olunur ki, indi Azərbaycan 1918-ci ildə olduğundan da çox tolerantdır. “Siz Bakıda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da görə bilərsiniz. Azərbaycanda bir çox sahələrdə, o cümlədən hökumət qurumlarında çalışan yəhudilər var. Bir daha qeyd edirəm ki, Azərbaycan əhalisinin 95 faizi müsəlmanlardır”, - deyə müəllif əlavə edib.

R. Kontreras, həmçinin V Bakı Beynəlxalq Humanitar Forumundan sonra Roma Papası Fransiskin Azərbaycana səfər etdiyini, paytaxtdakı kilsədə dini mərasim keçirdiyini yazır.



 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 796

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...