SİYASƏT
A- A A+

“The Jewish Journal” nəşrində Qarabağ atları haqqında

2016-10-10 09:30:00

Yazı

ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı soyqırımının şahidi, həmin qanlı qırğından möcüzə sayəsində sağ çıxmış Dürdanə Ağayevanın “Əvəzolunmazlar: Qarabağ müharibəsi əfsanəvi cinsin mövcudluğunu təhlükə altına necə qoydu” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Qarabağ atı cinsindən və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu cinsin mövcudluğu üçün yaranan təhlükədən danışılır.

Müəllif yazır ki, doğma şəhəri Xocalı 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və indiyədək işğal altındadır. Bu gün Azərbaycanda çoxlu sayda qaçqın var. D.Ağayeva vurğulayır ki, Ermənistan silahlı qüvvələrinin təzyiqi altında təxminən 800 min sakin Azərbaycanın Qarabağ bölgəsindən didərgin düşüb. O qeyd edir ki, uşaq yaşlarından dəyərlərimizin və azadlığımızın rəmzi olan Qarabağ atlarına məftun olub. Qarabağ atlarının gözəlliyini təsvir edən müəllif yazır ki, o, təsəvvürünə belə gətirə bilməzdi ki, günlərin birində Qarabağ atı cinsi yox olmaq təhlükəsi ilə qarşılaşa bilər.

Xocalı qırğınının şahidi yazır ki, erməni işğalçıları Azərbaycan ərazisində heç kimə aman vermədilər. Uşaqlar, qocalar, evlər və məscidlər, qəbiristanlıq, hətta mal-qara, vəhşi heyvanlar belə məhv edildi. Müəyyən miqdarda Qarabağ qaçağanı xilas edilərək bir şəhərdən digərinə köçürülsə də, onların əksəriyyəti öyrəşdikləri otlaqlarsız yaşaya bilməyib və tələf olub. Bu isə müvafiq cinsin repopulyasiyasını çətinləşdirir. Azərbaycan hökuməti Qarabağ atı cinsinin qorunub saxlanması üçün proqram həyata keçirsə də, təbii yaşayış mühitinin əlçatmaz olması populyasiyanı ləngidir.

 Müəllif məqalənin sonunda münaqişənin nizama salınması üçün dünya dövlətlərinin birgə səy göstərəcəyinə ümid bəslədiyini ifadə edir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1181

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...