QHT və MEDİA
A- A A+

QHT-nin maliyyə dəstəyilə Ağdam rayonunda subartezian quyu və bulaq istifadəyə verilib

2016-10-09 08:35:43

Mahirə Əsədova Ağdam rayonunun fəxri vətəndaşı seçildi

Torpağının hər qarışından şəhid qanı axan Ağdam rayonunda tikinti-abadlıq işləri geniş vüsət alıb.Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov daxili imkanlar hesabına hələlik rayon mərkəzi adlanan Quzanlı qəsəbəsində Ağdam Dövlət Dram Teatrının, Heydər Əliyev Mərkəzinin, Ağdam Çay Evinin tikilib istifadəyə verilməsinə nail olub.Vətən müharibəsi veteranı R.Məmmədov, bu mənada digər məcburi köçkün rayonların İcra hakimiyyətlərinin başçılarına bir örnəkdir.
Oktyabrın 8-də Quzanlı qəsəbəsində istifadəyə verilən Subartezian quyu və bulaq bu baxımdan çox önəmlidir. Məlumat üçün deyək ki, Azərbaycanın Milli Qəhrəmanı, cəsur komandir Şirin Mirzəyevin adını daşıyan Subartezian quyu və bulaq,"Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovanın maliyyə dəstəyilə inşa edilib.
Tədbiri "Tərəqqi"medalının mükafatçısı,müharibə veteranı Şamil Sabiroğlu açdı.Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Dövlət Başçısının sahibkarlığın inkişafı üçün imzaladığı sərıncamları,verdiyi tapşırıqları qeyd etdi."Yeni Yurd"ictimai birliyinin sədri Mahirə Əsədovanın xeyirxahlığını çox müsbət addım kimi qiymətləndirən R.Məmmədov Xurşud Banu Natəvan kimi savab işlər görən bu xanımın Ağdam rayonunun Fəxri vətəndaşı seçildiyini qeyd etdi.
Milli Məclisin deputatı,Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora Qasımova Mahirə xanıma ailə üzvləri və bütün doğmaları adından təşəkkür etdi.
Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Hacı Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Mil-Muğan Regional şöbəsinin sədri Asif Quliyev,ilahi mahnıların mahir ifaçısı Hacı Samir Salam,Qarabağ qazisi, şəhid qardaşı Oruc Cabbarov, Ağdam sakini Seyid Əli Ağa əslən Şabran rayonunun Dağbilici kəndindən olan vətənpərvər insan Mahirə Əsədovaya öz təşəkkürlərini bildirdilər.
Mahirə xanım,bu xeyirxahlığı Allah rizası və Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevə dəstək olaraq etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.Qeyd etdi ki, bu ilin dekabr ayında onun maliyyə dəstəyilə Ağdamın Üçoğlan və ya Gülbaharlı kəndlərindən birində Şəhid Milli Qəhrəman Asif Məhərrəmov adına Subartezian quyu və eyni adlı bulağın inşasına başlanacaq.
Milli Məclisin deputatı Flora Qasımova, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və "Yeni Yurd"ictimai birliyinin sədri Mahirə Əsədova bulağın açılış rəmzi olan qırmızı lenti kəsdilər.
Şamil Sabiroğlu,
Dilbər Sultanova.
"Ana harayı"qəzetinin müxbirləri.

 

 

 

 

 

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 469

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...