MƏDƏNİ
A- A A+

ISESCO-da münaqişə regionlarında mədəni irsin vəziyyətinə dair proqramın hazırlanması təklif olunub

2016-10-07 10:40:22

Mərakeş Krallığının Rabat şəhərində ISESCO-nun İcraiyyə Şurasının sessiyası keçirilib

Iclasda nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə iştirak edib.

Sessiyanın açılışında çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tədbirin əhəmiyyətini vurğulayaraq qurumun ötənilki sessiyasının və 12-ci Baş Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

İclasın gündəliyində duran məsələlərin müzakirəsi zamanı İcraiyyə Şurasının üzvü kimi çıxış edən Vasif Eyvazzadə Azərbaycan-ISESCO münasibətlərinin ölkə rəhbərliyinin dəstəyi ilə daim inkişaf etdiyini, ötən həftə Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycrinin ölkəmizin ərazi bütövlüyü, işğalçı Ermənistanla bağlı qətiyyətli mövqeyinin və çıxışının cəmiyyətimizdə yüksək qarşılandığını deyib.

Baş katib, habelə ISESCO-nun “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna tərəfdaşlığının, dövlətimizin başçısının ölkəmizdə ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması barədə sərəncamlarının önəmini qeyd edib. V.Eyvazzadə münaqişə regionlarında mədəni irsin vəziyyəti və onun müdafiəsinin təşkili məqsədilə proqram həyata keçirilməsini, eyni zamanda, ISESCO-ya üzv ölkələrin Milli komissiyaları arasında əməkdaşlığı gücləndirmək məqsədilə layihələrin hazırlanmasını təklif edib.

İclasdan sonra şöbə müdiri ISESCO-nun elm, təhsil və mədəniyyət sahələri üzrə məsul departament rəhbərləri ilə görüşlər keçirib və Milli Komissiya ilə bu istiqamətdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb.(AZƏRTAC)

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 876

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...