TƏDQİQATLAR
A- A A+

İtaliya qəzeti: BMT-nin qətnamələri əsasında münaqişə çoxdan həll olunmalı idi

2016-10-06 09:35:04

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra”-da “Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik” adlı məqalə dərc olunub

AZƏRTAC xəbər verir ki, yazı jurnalist Matteo Karnielettonun Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ilə müsahibəsi əsasında hazırlanıb.

Məqalədə bildirilir ki, 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin “sürgündə” olan icra başçısı və Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri olan Bayram Səfərov öz şəhəri və iyirmi ildən artıq davam edən əzabları barədə danışarkən öz kədərini gizlədə bilmir.

B.Səfərov ermənilərin hərbi təcavüzündən sonra 1992-ci ildə Şuşanı yalnız əynindəki geyimlə tərk etməyə məcbur qaldığını, bəzilərinin canlarını qurtara bildiyini, bəzilərinin isə artilleriya və snayper atəşləri nəticəsində həyatlarını itirdiklərini bildirib.

Daha sonra qeyd olunur ki, Dağlıq Qarabağda müharibə iyirmi ildən çox bir müddətdə davam edir və hər il həlak olan insanların sayı artır. Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılır və münaqişənin qeyd olunan qətnamələr əsasında çoxdan həllini tapmalı olduğu bildirilir.

Məqalədə Azərbaycanın sülh yolu və diplomatik vasitələrlə münaqişənin həllinə çalışdığı, bununla belə öz ərazilərini geri qaytarmaq üçün digər bütün vasitələrdən istifadə edə biləcəyi vurğulanır. Bildirilir ki, nəinki gənclər, hətta yaşı altmışı ötmüş B.Səfərov belə döyüşə getməyə hazırdır.

Münaqişənin etnik zəmində baş vermədiyi fikri qeyd olunur. Hazırda Azərbaycanda bir çox etnik azlıqlarla yanaşı, 40 min erməninin dinc şəraitdə yaşaması faktının bunu təsdiqlədiyi vurğulanır. Ermənistanda isə yalnız ermənilərin yaşamasının, bu dövlətin etnik azlıqlara münasibətinin göstəricisi olduğu bildirilir.

1992-ci ildən bəri Şuşaya gedə bilməyən B.Səfərovun həmin şəhərdə yerləşən ata-anasının qəbrini ziyarət etməkdən məhrum olmasından təəssüfləndiyi qeyd olunur.

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 828

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...