TƏDQİQATLAR
A- A A+

Avropa oyunları- yeni imkanlar

2015-04-28 09:30:56

Hazırda Avropa oyunlarının keçirilməsi ilə bağlı ciddi işlər görülməkdədir

İstər  tikinti quruculuq, yaşıllaşdırma işlərinin nəticələri, istərsə də sivil idarəetmə  mexanizmlərinin, xidmət sferalarının təkmilləşməsi hiss olunmaqdadır.  Bu gün  kimin necə düşünməsindən asılı olmayaraq  Avropa oyunlarının Azərbaycanda keçirilməsi  əslində Avropa dəyərlərinə   xeyli yaxınlaşmaq deməkdir.  Bütün  fəaliyyət insan amilinə,  insana dəyər verməyə  hesablanan həmin Avropa  insan faktoru mexanizminin  tətbiqi  cəmiyyətə yalnız fayda verər. Bu baxımdan  belə  geniş miqyaslı  tədbirlərin  keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir.

  Digər tərəfdən Azərbaycanın  tanıdılması  baxımından  belə yarışmalar  faydalıdır.

Təbii ki,  Avropa oyunları  zamanı  Azərbaycana  xeyli sayda  müxtəlif ölkələrdən qonaqlar gələcək. Həmin əcnəbilərə, xüsusilə, jurnalistlərə Qarabağ həqiqətlərini çatdırmaq üçün  bu  idman oyunları bir fürsətdir. Sadəcə olaraq  bu imkandan yararlanmaq lazımdır. Onu da unutmaq olmaz ki,  xarici qonaqları  Qarabağ münaqişəsindən daha  çox Azərbaycanın təbiəti, görməli yerləri, keçiriləcək  müxtəlif mədəni tədbirlər daha çox maraqlandıracaq.

Ancaq biz təbliğatımızı elə qura bilərik ki,  onlar Azərbaycanda Qarabağ və işğal faktı haqqında  kifayət qədər  məlumatlar  əldə edə bilsinlər.  Ümumilikdə, işğal olunan  rayonların musiqisi, adət ənənələri, folkloru və s. mövzusunda  sərgilər təşkil etmək olar. Təbii ki, sonda işğal faktını, müharibə elementlərini qabartmaq məqsədilə  sərgiyə  stendlər  əlavə etmək mümkündür. Şübhəsiz ki,  bütün  bu işləri uğurla başa çatdırmaq üçün əcnəbi dilləri bilən kadrları  bu proseslərə cəlb etməyə ehtiyac var.

 Ümumilikdə,  Qarabağın  təbliğatı ilə bağlı  genişmiqyaslı   işlərə start vermək olar. Bu işləri  yalnız  mədəni dəyərləri önə çəkməklə etmək mümkündür.  Bu yaxınlarda Vətəndaş Cəmiyyəti  İnstitutları və media təmsilçilərinin  iştirakı  ilə keçirilən  tədbirdə yaradılan koalisiyanının  bu sahədə görə biləcəyi  işlər çox ola bilər. Ən azından bu işlərin vahid mərkəzdən koordinasiya olunmasına ehtiyac var.

 Həmin tədbirdə  vurğulandığı kimi  Bakıda keçiriləcək Avropa oyunları idman yarışmalarında  Qarabağın təbliğatı-nöqteyi nəzərindən tamamilə  yararlanmaq mümkündür.  Həm media, həm də  QHT rəhbərlər  həmin  koalisiyada təmsil olunaraq  bu məsələlərə dəstək verəcəklərini  bəyan etdilər. Gerçəkdən Avropa oyunları yarışması  Azərbaycanın mədəni dəyərlərinin  təbliği, ümumulikdə  dünyada  Azərbaycanın tanıtımı   və paralel olaraq  Qarabağ məsələsinin gündəmə gətirilməsi  baxımından effektli layihədir.

Təbii ki, əcnəbi qonaqlara yalnız Qarabağ, yalnız müharibə, erməni işğalı məsələlərini qabartmaq düzgün olmaz. İstər  ölkə daxilində, istərsə də ölkə xaricində  bu məqamlara həssaslıqla yanaşmaq lazımdır.  Çünki xarici  vətəndaş müharibə mövzulu  sərgiyə, müxtəlif  tədbirə  o qədər maraq göstərməyəcək. Ancaq  burada  təşkil olunacaq folklorla, musiqi ilə mədəniyyətlə bağlı  sərgilərə, tədbirlərə əcnəbilərin səfərlərini təşkil etmək mümkündür. Həmin görüşlərin sonunda  qonaqlara  Qarabağla bağlı müxtəlif suvinerlər, bukletlər, kitablar bağışlamaq  daha faydalı olar.   

Peşəkar təbliğatın hədəfi xarici  vətəndaşlar olmalıdır. Onlarla  iş qurmaq lazımdır.

Ümumiyyətlə,   tək bu yarışma zamanı deyil  bütün dövrlərdə  Qarabağla bağlı təbliğat məsələsində   metodologiya   dəyişməlidir.  Təkrarçılıq  olmasın  bu məsələlərdə daha innovativ  yanaşmalar olmalıdır.  Sivil dünya  həqiqətləri  qışqıraraq deyəndə qəbul etmək  istəmir. Deməli, daha optimal variantlar tapmaq lazımdır.  Elmi həqiqətlərə, tarixi mənbələrə  söykənən və dünya elminin əsas meyarlarını özündə  ehtiva edən əsərlərlə beynəlxalq arenaya çıxmaq lazımdır.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1828

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...