QHT və MEDİA
A- A A+

“Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr”

2016-10-05 08:35:46

Nizami adına Ədəbiyyat İnstitutu “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının nəşrinə başlayıb

 İnstitutdan APA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı I cildi işıq üzü görüb.
“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” prezidentin 22 noyabr 2013-cü il tarixli sərəncamına müvafiq olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.
 İnstitutdan bildirilib ki, Rəsulzadənin həyatının ikinci mühacirət dövründə (1922-1955) qələmə aldığı bədii əsərləri, elmi-publisistik məqalələri, resenziyaları, “Azərbaycan Cümhuriyyəti”, “Qafqaziya türkləri” monografiyalarının uyğun fəsilləri və digər monoqrafiyaların toplandığı kitab təkcə mütəfəkkir ədibin yaradıcılığının öyrənilməsində deyil, eyni zamanda Azərbaycan ədəbiyyatının xaricdə araşdırılması məsələlərinin, bir çox ədəbi-tarixi faktların, ictimai-siyasi gerçəklərin tədqiqi üçün də dəyərli mənbədir.
 Kitaba yazdığı “Mühacirət elmi-ədəbi irsinə nümunə” adlı ön sözdə akademik İsa Həbibbəyli ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin yazdığı elmi-publisist əsərləri “milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri” kimi dəyərləndirib. Filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının məsul redaktorluğu ilə hazırlanan kitabda xarici ölkə mənbələrindən, dövri mətbuat materiallarından istifadə olunub. Nəşrin tərtibçiləri Nikpur Cabbarlı və filologiya üzrə elmlər doktoru professor Şamil Vəliyevdir.
Hazırda “Azərbacan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır. 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 482

QHT və MEDİA

2018-07-15 11:40:29

QHT və MEDİA
“Səhra həkimləri” sənədli filminin təqdi...
“Səhra həkimləri” sənədli filminin təqdi...

Bugünki vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası güclü vətəndaşlı...

2018-07-13 17:10:51

QHT və MEDİA
Cənub bölgəsində Prezidentin Fərmanına i...
Cənub bölgəsində Prezidentin Fərmanına i...

11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında ...

CƏMİYYƏT

2018-07-14 09:05:08

CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərl...

2018-07-13 14:30:58

CƏMİYYƏT
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imz...

İQTİSADİ

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...

2018-07-10 08:05:18

İQTİSADİ
Yüksək bal toplayanlara UNEC-də ikinci i...
Yüksək bal toplayanlara UNEC-də ikinci i...

2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr pr...