MƏDƏNİ
A- A A+

Ermənistan-Azərbaycan münaqişəsi Beynəlxalq Sülh Bürosunun dünya konqresinin müzakirəsində

2016-10-03 09:15:32

Berlində Beynəlxalq Sülh bürosunun “Silahsızlaşdıraq! Sülh iqlimi naminə” şüarı ilə Dünya Konqresi keçirilib

Konqres dünyanın beynəlxalq sülhü çağıran ən böyük tədbirlərindən biri sayılır.

Beynəlxalq Mətbuat Fondundan AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrdən Nobel mükafatçılarının, alimlərin, siyasətçilərin, dindarların və sülh çağırışçısı olan ictimai xadimlərin qatıldığı tədbirdə, ümumilikdə minə yaxın nümayəndə iştirak edib.

Konqresdə dünya üzrə kifayət qədər nüfuz sahibi olan şəxslərin, o cümlədən 2011-ci il Nobel Sülh Mükafatı Laureatı, əslən Yəməndən olan Təvəkkül Karman, “Right Livelihood Award” mükafatının yaradıcısı Jakob von Uexküll, bu mükafatın laureatları Vandana Şiva və Alin Vare, Ceyms Qolbrayt, Noam Çomski kimi görkəmli iqtisadçıların (video vasitəsilə) və Samir Amin, məşhur Roma klubunun vitse-prezidenti Ernst Ulrix von Veizseker, UTİC və UNI qlobal birliklərin baş katibləri Şaran Burrov və Filip Cenninqs, UNESCO-nun keçmiş baş direktoru Federiko Mayor Zaraqoza, Ekvadorun keçmiş müdafiə katibi və bu ölkənin BMT-nin Cenevrə ofisindəki sabiq nümayəndəsi Maria Fernanda Espinosa Qarses, BMT-nin Cenevrə ofisinin baş direktoru Maykl Moller, Beynəlxalq Sülh Bürosunun idarə heyətinin üzvləri və başqalarının çıxışları dinlənilib.

Azərbaycanı tədbirdə Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, Qərbi Asiyanın 18 ölkəsi və konflikt bölgələri üzrə nümayəndəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev təmsil edib. U.Mirzəyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin sülh danışıqlarındakı mövqeyi haqqında məlumat verib


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1006

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...