SOSİAL
A- A A+

Leyla Əliyeva: "Azərbaycan tolerantlıq, dialoq və yeni ideyalar məkanına çevrilib"

2016-09-30 09:20:59

Azərbaycan qədim adət ənənələrə qədim adət-ənənələrə malik ölkədir

Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz Şərq müdrikliyi ilə Qərbin mütərəqqi ideyalarını bir araya gətirir". 

Bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Mikayıl Cabbarovun moderatorluğu ilə keçirilən panel müzakirəsi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və rəhbəri Leyla Əliyeva “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycan tolerantlıq, dialoq və yeni ideyalar məkanına çevrilib: "Azərbaycanın unikal coğrafi mövqeyi onun təbiətinə də təsir edir, ölkəmiz təbiətinin müxtəlifliyi ilə də seçilir. 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Mən gənclər və vətəndaş cəmiyyətləri adından ətraf mühit məsələləri ilə bağlı bir sıra layihə irəli sürmüşəm. Ekoloji məsələləri həll etmədən davamlı inkişafı təmin etmək mümkün deyil. Biz IDEA kampaniyası irəli sürmüşük. Bu kampaniyaya Azərbaycanla yanaşı, digər ölkələrin də gənclərini cəlb etmişik". 
Bir çox layihələrə imza atdıqlarını qeyd edən L. Əliyeva müsbət nəticələr əldə olunduğunu bildirib: "Minlərlə ağac əkmişik, nəsli tükənməkdə olan heyvanların qorunmasını təmin etmişik, gənc rəssamların sərgilərini təşkil etmişik, onların ekoloji mövzuda rəsmlərinin təqdimatını keçirmişik". 
L. Əliyeva qlobal ekoloji məsələlərin əsrlər boyu diqqətdən kənarda qaldığını diqqətə çatdırıb: "Bu isə bütün planetə zərərlidir. Ekoloji sivilizasiya konsepsiyasının inkişafı bizim üçün vacibdir. Ətraf mühitlə bağlı tədbirlərin çərçivəsi olmur. Bu, bütün ölkələr üçün vacib təşəbbüslərdir. Bəzən təbiətə bilərəkdən zərərlər vurulur. Biz yubanırıq və vaxt bizim xeyrimizə işləmir. Qaçaqmalçılar tərəfindən hər 15 dəqiqədə bir fil öldürülür. Meşə və bitki aləminə ciddi zərər vurulur. Bunun qarşısının alınması istiqamətində dünyanın bir çox yerində mühüm addımlar atılır. Mən şadam ki, ətraf mühit qoruyucuların səylərin sayəsində panda ayılarının sayı artıb, onlara olan təhlükə aradan qaldırılıb. Azərbaycanda da ceyranların artırılması üzərində çalışırıq. Biz balıq ehtiyatlarının artırılmasına da diqqət yetiririk. Nərə balığının tükənməsi ilə bağlı təhlükənin aradan qaldırılması niyyətindəyik". 
O qeyd edib ki, dünyada 120 milyon insanın humanitar yardıma ehtiyacı var: "Bu, tək humanitar deyil, həm də inkişaf böhranıdır. Bu il davamlı kənd təsərrüfatı inkişafı tədbirləri görmək əzmindəyik. Bu, inklüziv cəmiyyətlərin inkişafına da dəstək göstərə bilər. Biz əlimizdən gələni etməliyik ki, heç bir uşaq acından ölməsin və qidasızlıqdan əziyyət çəkməsin. Biz yalnız əl-ələ verərək bunun öhdəsindən gələ bilərik". 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 660

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...