SOSİAL
A- A A+

"Azərbaycan dünyada multikultural ənənələri yaşadan ölkə kimi tanınır"

2016-09-28 09:50:35

Tədbir keçirildi

 

 Bakıda Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT) ilə əməkdaşlıq çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün “Multikultural cəmiyyət və turizm” mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbir bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunması və Azərbaycanın BMÜTT-yə üzv qəbul edilməsinin 15 illik yubileyinə həsr olunub.

"Dəyirmi masa"da çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son vaxtlar Azərbaycanın bir sıra sahələrdə nail olduğu uğurlardan söhbət açıb. 

Nazirin sözlərinə görə, belə bir tədbirin Dünya Turizm Günündə və Azərbaycanda “Turizm işçilərinin günü” peşə bayramı ərəfəsində təşkil olunması olduqca əhəmiyyətlidir: “Son vaxtlar ölkədə turizm sahəsiinkişaf edib. Bu sahə hər zaman ölkə başçısı İlham Əliyevin diqqəti və qayğısı ilə əhatələnib. Multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində Azərbaycan dünya dövlətləri arasında öz mövqeyini tutub. Dövlət başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır. Hər bir mədəniyyətin özünəməxsusluğu var. Tarixən Azərbaycanda bərabər yaşayış tərzi olmaqla yanaşı, burada insanlarmehriban şəraitdə yaşayıblar. Bunun göstəricisidir ki, Azərbaycana gələn turistlərin sayında da xeyli artım var”.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla multikulturalizm ənənələrindən söz açıb: “Azərbaycanda yaşayan müxtəlif millətlərin və konfessiyaların nümayəndələri bir-birləri ilə ahəngdar rəftar edirlər. Bu gün Azərbaycan cəmiyyəti dünyanın aparıcı cəmiyyətləri sırasında qərarlaşır. Bunun nəticəsidir ki, dünya xalqları və ölkələri tərəfindən Azərbaycana diqqətcil münasibət göstərilir. Azərbaycan multikultralizmi Portuqaliyadan tutmuş İndoneziyayadək olan ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinin və dinin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdənimtina ediblər. Bu, multikultralizmə olan bədbin münasibətin nəticəsidir. Dövlət başçısının ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultral həyatın nikbin ruhunu müəyyənləşdirir. Belə ki, multikultral cəmiyyətdə turizmin inkişafı və bu yöndə atılan addımlar da təqdirəlayiqdir, alqışlanası addımlardır”.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Proqramlar və Koordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi keçirilən tədbirin əhəmiyyətindən danışıb: “Azərbaycana beşinci dəfədir gəlirəm. Hər səfər zamanı Azərbaycanın surətlə inkişaf etdiyini müşahidə edirəm. Son zamanlar Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurları danılmazdır. Turizm sənayesinin inkişafı ölkə iqtisadiyyatının əsas parametlərindən biridir. Prezident İlham Əliyevin turizm sahəsinin inkişafına dəstək məqsədilə imzaladığı müvafiq sərəncamlarının əhəmiyyətini yüksək qiymətləndirirəm. Sentyabrın 27-nin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunmasının təqdirəlayiqdir. Dünyada son beş ay ərzində turizm sahəsində beş faiz artımın müşahidə olunub. Turizm sənayesinin inkişafı üçün təhlükəsizlik mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir. Turistlərin rahat, maneəsiz hərəkətləri üçün lazimi şəraitin yaradılması mütləqdir. Multikultural cəmiyyətdə turizmin inkişafı, ümumiyyətlə bu sahənin gələcək perspektivləri və turistlərin ölkəyə cəlb olunması üçün atılan addımlar istiqamətində zəruri işlər görülməlidir. Turizmin inkişafı üçün dünyada sülhün bərqərar olması vacib ünsürdür”.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı çıxışında bildirib ki, bu gün Azərbaycanda hər sahədə inkişaf mövcuddur: “Azərbaycanda turizm sahəsində böyük irəliləyişlər var. Türkiyə və Azərbaycan zəngin mədəniyyətə sahibdir. Hər iki dövlətarasında əlaqələrin daha güclənməsi istiqamətində bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığa hazırıq”.

Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əks etdirən video çarx nümayiş olunub.

Daha sonra “dəyirmi masa” “Multikulturalizin turizmdə rolu” və “Mədəniyyətlər arasında tolerantlıq və anlaşmanın inkişafında turizmin rolu” adlı panellərlə işini davam etdirib.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 818

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...