MƏDƏNİ
A- A A+

“Tarixi abidələrimiz pasportlaşdırılsın”

2016-09-27 08:55:46

Azərbaycanda tarixi adidələrin də pasportlaşdırılmasına çox ciddi ehtiyac var

Bu məsələ mütləq həllini tapmalıdır. Yoxsa, ermənilər bizim işğal olunmuş ərazilərimizdəki tarixi abidələrimizi dünyaya, beynəlxalq ictimaiyyətə özlərininki , onlara məxsus tarixi abidələr kimi təqdim etməkdə, öz mundarlıqlarını sürdürməkdə davam edəcəklər.
 
Bunu “525”ə açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev” Turizm haqqında” yeni qanun layihəsi ilə bağlı mövqeyini bildirərkən deyib. 
O qeyd edib ki, bu məsələ ilə bağlı fikirlərini adıçəkilən komitənin son iclasında “Turizm haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı da dilə gətirib.
 “Mən bu fikirlərimi orada da bildirdim və təkrar olaraq bir daha bildirmək istəyirəm ki, tarixi abidələrimizin pasportlaşdırılması çox vacib məsələdir. Xüsusən də, ermənilərlə ideoloji savaşda bu məsələ çox ciddi önəm kəsb edir.
 Fikir versəniz görərsiniz ki, ermənilər, erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün milli-dini abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı yerlə-yeksan ediblər, amma harada ki, tarixi abidə-qala, qəsr, körpü və sair varsa, ona toxunmayıblar, üzərinə bir erməni xaçı taxıb dünyaya təqdim, nümayiş ediblər ki, bu, bizim tarixi abidələrimizdir, biz belə qədim xalqıq-filanıq və sair. Amma dediyim kimi, əslində isə belə deyil, həmin tarixi abidələr minilliklərdir bizə məxsusdur, bizim tarixi abidələrimizdir və onları da qorumalıyıq, ən azı fotolarını paylaşmalıyqı ki, dünya həqiqətin necə olduğunu bilsin, görsün. 
Ona görə də istər işğal olunmuş ərazilərimiz olsun, istərsə də digər ərazilərimiz olsun, hardakı tarixi abidələr var, onları pasportlaşdırmalı və dünyaya təqdim etməliyik. Eyni zamanda, müvafiq qanunvericilikdə, o cümlədən, “Turizm haqqında” qanunda da bu məsələ daha geniş əksini tapmalıdır”-deyə, R. Əliyev daha sonra sözlərinə əlavə edib.

 

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1049

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...