İQTİSADİ
A- A A+

Milli iqtisadiyyat və onun əsas sahələri üçün strateji yol xəritəsi

2016-09-23 09:15:25

“Azərbaycan 2020: gələcəyə baxış” adlı

Azərbaycan Davamlı İnkişaf Məqsədlərinə vaxtaşırı və səmərəli nail olunması və 2015-ci ildən sonrakı davamlı inkişaf gündəliyinin həyata keçirilməsi məqsədilə özünün “Azərbaycan 2020: gələcəyə baxış” adlı davamlı inkişaf strategiyası və ölkənin ənənəvi iqtisadiyyatdan daha çoxşaxəli, rəqabətə davamlı, möhkəm, həmçinin innovativ, texnoloji cəhətdən zəngin və elmtutumlu iqtisadiyyata rəvan keçidini təmin edəcək milli iqtisadiyyat və onun əsas sahələri üçün strateji yol xəritəsini uğurla həyata keçirir. Bu xüsusda, Azərbaycan ölkənin davamlı inkişafı və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, həmçinin strateji bazarlara daxil olmasının təmin edilməsi məqsədilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Vyana Fəaliyyət Proqramının həyata keçirilməsinə böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin “Davamlı inkişaf üzrə 2030 gündəliyi və Vyana Fəaliyyət Proqramının həyata keçirilməsində ardıcıllığın təmin olunması” mövzusunda illik 15-ci iclasındakı çıxışında deyib.

Nazir qeyd edib ki, qlobal iqtisadi böhran və neftin qiymətlərinin kəskin aşağı düşməsi, qonşu Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlaması və bunun nəticəsində bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan ötən il öz inkişaf dinamikasını qoruyub saxlayıb. 2015-ci ildə qeyri-neft sektorunun payı 8,4 faiz artıb. 2015-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 20 milyard ABŞ dollarından çox olub və Azərbaycanın ticarət tərəfdaşlarının sayı ticarətin sadələşdirilməsi və tranzitlə əlaqədar tədbirlər üzrə uğurlu islahatlar, həmçinin nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və enerji infrastrukturunun inkişafı sayəsində 165-ə çatıb.

Elmar Məmmədyarov deyib: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionda bir çox strateji regionlararası nəqliyyat, İKT və enerji layihələrinin təşəbbüskarı və icraçısına çevrilib. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya İnformasiya Super Magistralı və Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru xətlərindən ibarət Cənub Qaz Dəhlizi layihələrini qeyd etmək lazımdır. Özünün əlverişli geostrateji yerləşməsi, güclü tranzit potensialı və Avropa və Asiyanı birləşdirən iqtisadi cəhətdən səmərəli və ən qısa marşrut olduğuna görə, Azərbaycan çoxlu sayda əlverişli nəqliyyat imkanları vasitəsilə regionlararası və region daxili ticarətə və bütövlükdə Avrasiya regionunun davamlı inkişafına töhfə verməkdə davam edir”.

Ölkəmizin nəqliyyatın davamlılığı üçün transregional bağlantının daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayan nazir bildirib ki, 2017-ci ildə tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti region üçün strateji əhəmiyyətə malikdir. Bu dəmir yolu sərnişin və konteyner daşınması üçün rəqabətədavamlı keçidi təmin edəcək, Avrasiya üzrə multimodal nəqliyyatın həcmi, həmçinin Asiyadan Avropaya və əks istiqamətdə yük axınını artıracaq. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yaxın gələcəkdə daha çox yük axınının cəlb olunmasında maraqlıdır. Bununla bağlı, 2016-cı ilin aprelində Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun təsis edilməsi üzrə razılığa gəliblər. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin əsas mərkəzi olaraq, malların Fars körfəzindən Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin edir. Biz, həmçinin Şimal-Cənub dəhlizinin daha da inkişaf etdirilməsi məqsədi daşıyan müvafiq çoxtərəfli proseslərdə fəal iştirak edirik.

Xarici işlər naziri qeyd edib ki, regionda aparıcı ticarət və logistika mərkəzi olmağı hədəfləyən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə malların daşınmasında əsas rol oynayacaq, TRASECA layihəsi çərçivəsində çox mühüm tranzit məntəqəsi kimi fəaliyyət göstərəcək, Asiya və Avropa arasında tranzit yük çatdırılmalarını həyata keçirmək qabiliyyətinə malik olaraq regionlararası və regiondaxili ticarətin genişlənməsinə gətirib çıxaracaq. Çindən başlayan və Xəzər dənizindən keçən bir çox beynəlxalq daşınmalar çatdırılma vaxtına və nəqliyyat xərclərinə qənaət edilməsi baxımından səmərəli olduğunu sübut edib.

Azərbaycanın “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi çərçivəsində regionda vacib İT tranzit qovşağı kimi çıxış etdiyini, Cənubi Qafqaz və digər regionlar üzrə enerji infrastrukturu layihələrində əsas qüvvə və investorlardan biri olduğunu vurğulayan nazir deyib: “Azərbaycan xüsusilə dövlət idarəçiliyi, gömrük və vergi sistemində vahid pəncərə, sosial-iqtisadi islahatlar kimi sahələrdə öz müvafiq təcrübəsini bölüşməyə hazırdır. Həmçinin digər dənizə çıxışı olmayan inkişaf etməkdə olan dövlətlərin davamlı inkişafla bağlı mövcud problemlərinə müraciət etməyi, eləcə də Davamlı İnkişaf Məqsədlərinə cavab verməyi hədəf seçən transregional əlaqələrin daha da gücləndirilməsində onların maraq və əməkdaşlığına güvənir”.

 

 

"


Kateqoriya : İQTİSADİ Baxış sayı : 305

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...