QHT və MEDİA
A- A A+

Separatçı rejimlərin toplantısının yeri dəyişdirildi

2016-09-23 08:50:29

Separatçı rejimlərin sentyabrın sonunda Rusiya paytaxtında keçiriləcək toplantısının yeri dəyişdirilib

Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan “Prezident”hoteli məlum toplantını keçirməkdən imtina edib.

“Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çöxqütblü dünyanın inşası” adlı II beynəlxalq konfransın təşkilatçısı olan Rusiya Antiqlobalist Hərəkatından verilən məlumata görə, tədbir sentyabrın 25-də Moskvadakı “Ritz-Carlton” hotelində keçiriləcək. Məlumatda toplantının yerinin dəyişdirilməsi konfransa olan böyük maraq və iştirak üçün çoxsaylı müraciətlərin olması ilə izah edilib. Bundan başqa, məlumatda konfrans iştirakçılarının siyahısı da göstərilib. Əvvəlki siyahıdan fərqli olaraq, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya separatçıları iştirakçılar arasında qeyd olunmayıb. Lakin Antiqlobalist Hərəkatından bildirilib ki, yaydıqları son press-relizdə qondarma Dağlıq Qarabağ rejiminin adı iştirakçılar siyahısından çıxarılsa da, onların nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. 

Konfransda Texas, Kaliforniya, Havay, Puerto-Riko, İrlandiya, Kataloniya, İtaliya, Qərbi Saxara, Donets və Luqansk nümayəndələrinin iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, konfransın keçiriləcəyi “Ritz-Carlton” mehmanxanası əslində “Prezident”dən çox kiçikdir. “Prezident” Moskvanın ən böyük hotellərindən biri hesab olunur. Ona görə də, təşkilatçının konfransın yerinin dəyişdirilməsi ilə bağlı göstərdiyi səbəb inandırıcı deyil. (apa)

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 546

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...