SİYASƏT
A- A A+

"Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir"

2016-09-23 08:30:01

"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir"

Bu sözləri Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı zamanı bildirib.

Nazir bugünkü görüşün artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə hədələr fonunda keçirildiyini diqqətə çatdırıb:

"Bugünkü görüş İƏT Üzv Dövlətlərinin bəzilərinə birbaşa təsir edən artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə hədələr fonunda keçirilir. Beynəlxalq terrorizmə vəsilə olan zorakı ekstremizmin artması, qorxu və insan hüquqları pozulmalarının çoxalması Müsəlman Ümmətinə sülh, təhlükəsizlik və ədalət gətirilməsi vəzifəsini daha da mürəkkəbləşdirir.

Azərbaycan böyük təhlükəsizlik problemlərinin, bəzi regionlardakı qeyri-sabitlik, geniş miqyaslı yerdəyişmə və görünməmiş humanitar böhranların həll olunmasına öz töhfələrini vermiş bir sıra İƏT Üzv Dövlətlərindəki müharibə və silahlı münaqişələrin baş verməsindən çox narahatdır".

O bildirib ki, hazırda dünyanın üzləşdiyi çoxsaylı problemlər sırasında ilk yeri şübhəsiz ki qlobal sabitlik və firavanlığı sarsıtmaqda davam edən terrorizm tutur.

"Çox təəssüf ki, sonuncu görüşümüzdən ötən vaxt ərzində İƏT üzv dövlətlərinin əraziləri də daxil olmaqla dünyanın müxtəlif yerlərində törədilmiş terror hücumları ilə bağlı faciəvi xəbərlər almışıq.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir. Terroristləri qoruma və öymə hallarına yol verilməməlidir", - deyə o qeyd edib.(Azadinform)

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 985

QHT və MEDİA

2020-07-07 08:40:51

QHT və MEDİA
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...