SİYASƏT
A- A A+

Azərbaycan nüvə silahlarının yayılmamasına dair beynəlxalq səyləri fəal şəkildə dəstəkləyir

2016-09-22 08:15:18

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin Dostları qrupu tərəfindən təşkil olunmuş 8-ci Nazirlər toplantısında çıxış edib

Nazir bildirib ki, bu il Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin (NSHQM) imzalanma üçün təqdim olunmasının 20 illiyi tamam olur. Azərbaycan bu təşəbbüsün irəli sürüldüyü vaxtdan etibarən dəstəkləyən ilk ölkələrdən biri olub.

“Biz NSHQM-nin qüvvəyə minməsinə Nüvə Silahının Yayılmaması Müqaviləsində nəzərdə tutulan nüvədən azad dünyanın yaradılması üçün əhəmiyyətli addım kimi baxırıq. Nüvə tərksilahına potensial töhfəsi ilə yanaşı, biz, həmçinin Müqavilənin icrasının verifikasiya sistemindən əldə olunan mülki və elmi faydaları yüksək qiymətləndiririk. Nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələlərinə müraciət etmək üçün Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının səylərini təqdir edirik. Biz bir sıra dövlətlər tərəfindən həyata keçirilən nüvə sınaqlarına dair könüllü moratoriumları alqışlayırıq. Buna baxmayaraq, ayrıca dövlətlər tərəfindən həyata keçirilən moratoriumlar beynəlxalq sülh və təhlükəsizlik üçün əsas addım olan Müqavilənin qüvvəyə minməsini əvəz edə bilməz. Biz bir daha Müqaviləni hələ də ratifikasiya etməyən II Əlavəyə qoşulan dövlətləri bu istiqamətdə səylərini əsirgəməməyə çağırırıq”, - deyə E.Məmmədyarov bildirib.

Nazir vurğulayıb ki, nüvə silahlarının yayılmamasına dair Müqavilədə əks olunan nüvəsiz dünya baxışına sadiq olaraq, Azərbaycan bu xüsusda olan beynəlxalq səyləri fəal şəkildə dəstəkləyir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə öz töhfəsini verir. Belə ki, bu razılaşmanın əhatə dairəsi çərçivəsində materialların ərazisi boyunca tranzitinə imkanlar yaradır.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 316

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...