SİYASƏT
A- A A+

120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatından Ermənistana zərbə

2016-09-20 10:05:25

Xəbər verdiyimiz kimi, sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammiti keçirilib

AZƏRTAC xəbər verir ki, Sammitin yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də yer alıb.

Yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq edib, tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.

Beləliklə, 120 dövlətin üzv olduğu, BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatın - Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın haqlı mövqeyi açıq-aşkar dəstəklənir. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbə, Azərbaycan diplomatiyasının isə daha bir uğurudur.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 559

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...