SİYASƏT
A- A A+

"Ermənistan anlamalıdır ki, silahlı təxribatlara uymaq çox ciddi səhvdir" - Elmar Məmmədyarov

2016-09-20 09:10:36

Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclasında çıxışında deyib.

İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclasını təşkil etdiyinə və eyni zamanda iclasa sədrlik etdiyinə görə Baş Katib İyad Amin Mədəniyə təşəkkürünü bildirən E.Məmmədyarov bildirib ki, İƏT Kontakt Qruplarının təsis edilməsi Təşkilat üçün mühüm əhəmiyyətə malik məsələlərə İƏT Üzv Dövlətlərin daha çox diqqət yetirməsi üçün uğurlu təcrübə olmaqda özünü sübut edib: "Bu baxımdan mən inanıram ki, bu Kontakt Qrupun iclasları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki son vəziyyət barədə İƏT Üzv Dövlətlərini məlumatlandırmaq və münaqişənin nizamlanması prosesinə İƏT-in mümkün töhfələrinə dair fikir mübadiləsi aparmaq üçün fürsət olacaq. Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb və güc tətbiq edib, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, ərazisinin beşdə birini işğal edib, bir milyondan çox azərbaycanlı əhalini didərgin salmaqla işğal edilmiş ərazilərdə etnik təmizləmə aparmış və münaqişə dövründə digər ağır cinayətlər törədib".

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət dəfələrlə Azərbaycana qarşı hərbi güc tətbiqini və nəticə olaraq ərazilərinin işğalını pisləyib: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası bir daha Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Baş Assambleyası münaqişəyə dair üç qətnamə (20 dekabr 1993-cü il tarixli, 48/114 saylı, 7 sentyabr 2006-cı il tarixli, 60/285 saylı və 14 mart 2008-ci il tarixli, 62/243 saylı) qəbul edib və 2004-cü ildən etibarən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı xüsusi bənd BMT Baş Assambleyası sessiyalarının gündəliyinə daxil edilib. Ermənistan və Azərbaycan arasında münaqişə baş verdikdən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərindəki hərəkətlərini açıq-aşkar təcavüz adlandırıb və Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını ən kəskin şəkildə pisləyib. Fürsətdən istifadə edərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədikləri və bununla bağlı həmrəylik göstərdikləri üçün İƏT Üzv Dövlətlərə öz təşəkkürümü bildirmək istərdim".

XİN rəhbəri həmçinin bildirib ki, silahlı münaqişənin başlanmasından iyirmi dörd il keçib: "Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca Dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobul şəkildə pozaraq, Ermənistan Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir. Ermənistan işğal edilmiş ərazilərdə öz hərbi potensialını gücləndirməklə, əraziləri demoqrafik, mədəni və fiziki cəhətdən dəyişməklə, zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı əhalinin öz doğma yurd-yuvalarına və mülklərinə qayıtmasının qarşısını almaqla işğala əsaslanan mövcud status-kvonu daha da möhkəmləndirmək üçün səy göstərməkdə davam edir. Bundan əlavə, atəşkəsin müntəzəm şəkildə pozulması, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki dövlət arasındakı sərhəd boyunca yerləşən şəhər və kəndlərə hücumlar son zamanlar daha mütəmadi və zorakı xarakter almış və çoxlu sayda azərbaycanlı mülki əhalinin öldürülməsi və yaralanması ilə nəticələnib. Ən son bu ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Aprel hadisələri qabarıq şəkildə göstərdi ki, beynəlxalq ictimaiyyət tərəfindən qeyri-davamlı və qəbuledilməz hesab olunan status-kvo təhlükəlidir və gözlənilməz nəticələr ilə hər an gərginliyin artması ehtimalı var. Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir. Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu dayandırmağı və həlli uzanmış münaqişənin siyasi həllini tapmaq üçün xoş niyyətlə Azərbaycanla danışıqlara başlamağı gözləyir. Ermənistan nə qədər tez öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, bir o qədər regional təhlükəsizlik üçün faydalı olar".

Nazir E.Məmmədyarov qeyd edib ki, Ermənistanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün birgə səy göstərilməsinin və Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün belə effektiv siyasi və iqtisadi tədbirlər görmək məqsədilə İƏT tərəfindən Üzv Dövlətlərə və beynəlxalq ictimaiyyətə davamlı çağırışlar edilməsinin vacibliyini nəzərə alaraq, İƏT Kontakt Qrupunun təsis edilməsi və onun effektif fəaliyyəti böyük əhəmiyyətə malikdir: "Biz inanırıq ki, bu Kontakt Qrup çərçivəsində müzakirələr müvafiq İƏT qətnamələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək və bu xüsusda İƏT Üzv Dövlətlərinin ayrıca və birgə səylərini tarazlaşdırmağa kömək edəcək. Mən İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna uğurlu başlanğıc və məhsuldar müzakirələr arzulamaq və bir daha bu Kontakt Qrupun məqsəd və məramlarının müəyyənləşdirilməsi və həyata keçirilməsində öz dəyərli dəstəkləri üçün İƏT Baş Katibi cənab İyad Amin Mədəni və onun peşəkar kollektivinə təşəkkürümü bildirmək istərdim".

Qeyd edək ki, iclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt Qrupunun tərkibinə yeddi dövlət - Türkiyə, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub.(Azadinform)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 520

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...