CƏMİYYƏT
A- A A+

“Qürbətdən gələn səslər”

2016-09-19 08:55:34

Üzeyir Hacıbəylinin ev muzeyində Ceyhun bəy Hacıbəylinin mühacirət həyatından bəhs edən “Qürbətdən gələn səslər” adlı kitabın təqdimatı keçirilib

Təqdimat Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.

Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Üzeyir bəy dühasından söhbət açıb, Hacıbəylilər ailəsinin sonbeşiyi Ceyhun Hacıbəylinin mühacirət həyatından danışıb.

Bildirilib ki, kitab Ceyhun bəy Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, məktublardan, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanıb. Adı çəkilən nəşr Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini, tərcüməçi-jurnalist Aslan Kənanın tərcüməsi sayəsində ərsəyə gəlib. Əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, Vətəndə gedən hadisələr öz əksini tapıb.

Tədbirdə Aslan Kənan kitabın əhəmiyyətindən söz açıb. Bildirib ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.

Kitabın redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov Ədəbiyyat və İncəsənət Arxivinin böyük həcmdə materaillarından istifadə edilməklə ərsəyə gələn bu kitab vasitəsilə tədqiqatçıların tarixin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmalarına imkan yaradacağını bildirib.

Diqqətə şatdırılıb ki, 1990-cı illərin əvvəllərində UNESCO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənədlərini Fransadan Vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərib. O, bu missiyanı üzərinə götürərək, mühacirət həyatı sürmüş bir çox şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə müvəffəq olub. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə bağlı məktubları da diqqəti cəlb edir.

Tədbirdə incəsənət ustalarının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, “Sevgili canan” romansı, “Arazbarı”, “Aşıqsayağı” və digər musiqiləri səsləndirilib.

Sonda Əməkdar Jurnalist Telman Qarayev Ü.Hacıbəyliyə həsr etdiyi 3 cildlik kitabını, eləcə də bir çox yaradıcı insanlar Üzeyir bəyə həsr etdikləri əsərləri muzeyə hədiyyə ediblər.

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1191

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...