SİYASƏT
A- A A+

Hikmət Hacıyev: Beynəlxalq təsisatlar Ermənistanın beynəlxalq humanitar hüququ pozmasına xüsusi diqqət yetirməlidir

2016-09-19 08:25:48

Beynəlxalq hüquq və mövcud reallıq

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində əhalimizə qarşı qanlı etnik təmizləmə, o cümlədən Xocalı soyqırımının törədilməsi və Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, dövlət və özəl mülkiyyətin, təbii sərvətlərin talan edilməsi, qəsdən mülki obyektlərə və şəxslərə qarşı sistematik hücumların təşkil edilməsi, əsir və girov götürülmüş mülki və hərbi azərbaycanlı şəxslərin qeyri-insani fiziki və psixoloji işgəncələrə məruz qoyulması və kütləvi şəkildə öldürülməsi halları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması hallarına, İnsan Hüquqları Şurasının 33-cü iclasına və Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına dair şərhində deyib.

H.Hacıyev bildirib ki, bu xüsusda Ermənistan tərəfindən 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları, Mülki və siyasi hüquqlara dair beynəlxalq pakt, İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması halları qeyd edilməlidir. Bu cinayət əməllərinin davamı kimi, bu il aprelin 2-dən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 30-dan artıq şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla Azərbaycanın xeyli sayda mülki əhalisi öldürülüb və yaralanıb.

Qeyd edilib ki, Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyətlə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri diqqətə çatdırıb ki, Ermənistan tərəfindən davamlı şəkildə törədilən bu cinayətlər pərakəndə və ya təsadüfi hallar olmayaraq, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsidir. Milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə çıxarılmasına xidmət edəcək.

“Təəssüflər olsun ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisi 20 ildən artıq dövr ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması hallarına səssiz qalıb. Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi 2016-ci il 14 sentyabr tarixində keçirilmiş İnsan Hüquqları Şurasının növbəti iclasında bir daha bu məsələni qaldırıb.

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi və digər beynəlxalq təsisatlar qeyd olunan beynəlxalq sənədlərə, BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının kütləvi və kobud şəkildə pozulması hallarına xüsusi diqqət yetirməlidirlər” – deyə H.Hacıyev xüsusi vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 583

QHT və MEDİA

2018-11-19 11:25:51

QHT və MEDİA
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

CƏMİYYƏT

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...