SOSİAL
A- A A+

İtaliya mətbuatı: Metsamor AES-i Avropanın “saatlı bomba”sıdır

2016-09-16 09:15:43

2 iyun 2016-ci il tarixində 10 ölkəni təmsil edən qeyri-hökumət təşkilatlarının iştirakı ilə Bakıda “STOP Metsamor” Beynəlxalq QHT Koalisiyası təsis edilib

 28 təşkilatın üzv olduğu koalisiyanın əsas məqsədi Ermənistanda yerləşən Metsamor AES-nin region üçün törətdiyi təhlükə haqqında dünya ictimaiyyətini məlumatlandırmaq və stansiyanın bağlanmasına nail olmaqdır. 

Azadinform xəbər verir ki, artıq Koalisiyanın fəaliyyəti nəticəsində İtaliya mətbuatında Metsamor AES-nin region üçün törətdiyi təhlükə ilə bağlı yazı dərc olunub. Bir neçə xəbər saytında paylaşılan məqalə “Metsamor: elan edilmiş faciə” adlanır. Məqalə müəllifinin sözlərinə görə, son illər ərzində bəşəriyyətin təbii fəlakətlər qarşısında aciz olduğunu bir daha gördük. Bir neçə gün öncə İtaliyada baş verən güclü zəlzələ buna sübutdur. Elm sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, biz hələ də bu cür hadisələr qarşısında acizik: “Bununla belə, elə faciələr var ki, biz onların qarşısını ala bilərik, belə hadisələrə “elan edilmiş faciələr” deyilir. “Elan edilmiş faciələrin” baş verəcəyini bir çox adamlar bilir, lakin burada siyasi və iqtisadi maraqlar milyonlarla insanların həyatından daha üstün tutulur. Bu susqunluğu pozmaq baş verəcək faciədən xəbərdar olan hər bir şəxsin borcudur“. 

Məqalədə daha sonra deyilir: “Qafqaz regionun mərkəzində, Ermənistan ərazisində əhalisi 10.000 –dən artıq olan Metsamor şəhəri yerləşir. Bu şəhər daha çox “dünyanın ən təhlükəli atom elektrik stansiyasının” - Metsamor AES-nin yerləşdiyi məkan kimi tanınır. 

Metsamor AES-i ötən əsrin 70-ci illərdə seysmik zonada tikilib. Təəccüblü deyil ki, 1989-cu ildə Ermənistanda baş verən güclü zəlzələ zamanı sovet hökuməti stansiyanın bağlanmasına qərar verdi. 16 il sonra artıq elektrik enerji qıtlığını yaşayan müstəqil Ermənistan stansiyanın fəaliyyətinin bərpa edilməsinə qərar verdi. Bu qərar bəziləri üçün aydın, bir çoxları üçün isə absurd və gülməlidir. 

Beynəlxalq institutların, ətraf mühit sahəsində ekspertlərin və elmi dairələrin stansiyanın bağlanması və аlternаtiv enerji mənbəyinin tapılması tələblərinə baxmayaraq, Ermənistan rəhbərliyi bu çağırışlara məhəl qoymur. Bundan başqa, ilkin olaraq stansiyanın bağlanması 2004-cü ilə planlaşdırılsa da, sonrada bu müddət 2016-ci ilin sentyabrın 1-nə, daha sonra isə 2026-cı ilə qədər uzadıldı. Hal-hazırda köhnəlmiş və müasir təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor AES-i nəinki Qafqaz regionun, həmçinin bütün Avropanın “saatlı bomba”sıdır. 

 Beynəlxalq qurumlar, ictimai təşkilatlar və əhali Metsamor AES-nin bağlanması üçün addımlar atmalıdırlar. Biz yeni bir zəlzələnin baş verməsini və nəticədə yüz minlərlə insanların ekoloji fəlakət nəticəsində həlak olacağını gözləyə bilmərik“.


Kateqoriya : SOSİAL Baxış sayı : 1012

QHT və MEDİA

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...