MƏDƏNİ
A- A A+

“Bərpa olunmuş eksponatlar” sərgisi

2016-09-15 08:25:57

Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılış mərasimi

Azadinform-un xəbərinə görə, Azərbaycan Xalça Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının böyük zəhməti nəticəsində muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilmişdir. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd onların bərpa və konservasiya etdikləri sənət incilərini nümayiş etdirmək və milli sərvətimiz olan bu eksponatların daima nəzarətdə olduğunu və qorunduğunu göstərməkdir.

Sərgidə 49 ədəd eksponat nümayiş olunacaq. Bunlar xovsuz xalça, xovlu xalça, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir. Bu eksponatlar öz materialına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus ən füsunkar sənət inciləridir.

“Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimatı ilə kifayətlənmir. Belə ki, sərgi zamanı eksponatların konservasiya prossesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçiriləcək. Sərginin ziyarətçilərinə təqdim olunacaq video-çarx və slayd-şou vasitəsilə onlar bərpa sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat almaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, sərgi 15.09.2016 tarixindən 29.09.2016 tarixinədək şəhərimizin sakinlərinə və qonaqlarına açıq elan olunur.

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 518

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...