SİYASƏT
A- A A+

Prezident: "Müxtəlif xalqların sülh şəraitində yaşaması dövlət siyasətinin təzahürüdür"

2016-09-14 08:25:54

Rəsmi qəbul

Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin başçılıq etdiyi və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru və icraçı vitse-prezidenti Robert Sinqer, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov, Avro-Asiya Yəhudi Konqresinin prezidenti Julius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Sternin üzv olduqları nümayəndə heyətini qəbul edib.

Ümumdünya Yəhudi Konqresi nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüşlərin keçiriləcəyini vurğulayan prezident qonaqların ölkəmizi daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Prezident ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən, yəhudilər arasında əsrlər boyu dostluq və qarşılıqlı dəstəyə əsaslanan tarixi əlaqələrin mövcudluğunu məmnunluqla qeyd edib.

Dövlət başçısı tarixən azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin olduğunu, yəhudilərin ölkəmizin ictimai həyatında fəal rol oynadıqlarını və bütün dövrlərdə əmin-amanlıq şəraitində yaşadıqlarını deyib. 
İlham Əliyev Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşamasını dövlət siyasətinin təzahürü kimi dəyərləndirib. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən dövlət başçısı bunu ölkəmizin bu sahəyə verdiyi önəm kimi qiymətləndirib və Azərbaycanda bu sahədə həyata keçirilən işlərin dünyanın digər yerlərində də tətbiq olunmasının zəruriliyini bildirib.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında olan tarixi əlaqələrə və yəhudilər üçün ölkəmizdə yaradılan şəraitə görə İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycanda yaşayan yəhudi icmasına olan münasibəti yüksək qiymətləndirərək bunun bir nümunə olduğunu deyib.

Ronald Lauder Bakının gözlədiyindən də artıq gözəl şəhər olduğunu məmnunluqla qeyd etdi və paytaxtımızın gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildirib. Ümumdünya Yəhudi Konqresinin prezidenti Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. 
Qonaq qeyd edib ki, dünyada mövcud olan maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın nail olduğu iqtisadi inkişaf onlarda böyük heyranlıq hissi doğurur.

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 781

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...