QHT və MEDİA
A- A A+

İşğalçı ordunun və erməni əhalisinin vəziyyətini ən yaxşı elə Ermənistan mətbuatı əks etdirir

2016-09-14 08:15:30

Tarixi hadisələrdən zaman çox ötdükcə, real baş verənlər yaddaşlardan silindikcə, həmin hadisələr əfsanələrə çevrilir və müxtəlif uydurmalarla əhatə olunur

Bu tendensiya aprel döyüşlərindən keçən müddətdə erməni tərəfinin verdiyi açıqlamalarda da daha qabarıq əks olunub. 2016-cı ilin aprelində məğlub duruma düşən Ermənistanda siyasi liderlərdən tutmuş ən sadə və siyasətə heç bir aidiyyəti olmayan, hərbdən belə başı çıxmayan müxtəlif peşə sahibləri “qələbə” dolu “qəhrəmanlıq” açıqlamaları səsləndirirlər. Bəzən bu çıxışlar o qədər absurd, ağılasığmaz və qeyri-real olur ki, buna cavab verməmək mümkün deyil.

Nikol Paşinyan adlı “saxta müxalifətçi lider”in Dağlıq Qarabağa səfərdən qayıtdıqdan sonra erməni kriminal hərbi-siyasi rejiminin uğursuzluqlarını ört-basdır edən fikirlərlə mətbuatda çıxış etməsi onun hakimiyyətdən “molodes” qazanmasına səbəb oldu. Erməni hərbçilər aprel döyüşləri zamanı işğalçı ordunun və separatçı dəstələrin “qəhrəmanlığından, alternativ rabitə vasitəlirindən istifadə edərək qələbələr əldə etmələrindən” Paşinyana o qədər nağıllar danışdılar ki, cuşa gələn deputat söhbətin nədən getməsindən anlayışı olmadan erməni ordusunun şöhrətini göylərə qaldırmağa uğursuz cəhd etdi.

N.Paşinyanın işğal altında olan ərazilərdə və qoşunların təmas xəttində gördüyü “nəhəng işlərdən”, alternativ silahlardan, rabitə sistemlərindən, kəşfiyyat və müşahidə vasitələrindən danışması da gülünc görünür. Hərbdə alternativ ifadəsi səslənəndə ilk ağıla gələn göyərçin, baraban, tonqal, dəyənək, yaba balta və s. istifadəsi düşür. Bunlardan da min illər əvvəl istifadə edilib. Şahidi olduq ki, aprel döyüşlərində erməni ordusunun düçar olduğu uğursuzluq, məğlubiyyət, verdiyi itkilər erməni ordusunun necə “müasir” olmasını əyani nümayiş etdirdi.

Digər cinayətkar və quldur dəstəsinin başçısı Levon Mnasakanyanın erməni ordusunun “ən müasir dəhşətli silahlara malik olması”, ön xəttin ən yeni texnologiyaların istifadəsi ilə gecəgörmə cihazları və müşahidə kameraları ilə təchiz edilərək möhkəmləndirilməsi fikirləri onların əlçatmaz xülyalarından başqa bir şey deyil. Artıq erməni xalqı çox gözəl anlayır ki, hərbi-siyasi rejim Ermənistan ordusu üçün hər ötən gün yeni silahların alınmasından və texnologiyaların tətbiqindən dəm vurmaqla yalnız özlərini aldatmaqla məşğuldur.

Bu açıqlamalardan bir neçə gün sonra Ermənistanın kütləvi informasiya vasitələrində ön xətdə erməni əsgərlərin xidmətindən və cəbhəboyu zonada məcburi məskunlaşdırılan insanların həyatından bəhs edən fotoreportajlar real vəziyyətin nədən ibarət olduğunu növbəti dəfə əks etdirdi. Həmin yazılara və fotolara heç bir şərh vermədən diqqətinizə təqdim edirik. (AZƏRTAC)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 535

QHT və MEDİA

2018-12-19 10:05:08

QHT və MEDİA
Berlin Humboldt Universitetində Azərbayc...
Berlin Humboldt Universitetində Azərbayc...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasınd...

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

CƏMİYYƏT

2018-12-19 10:30:50

CƏMİYYƏT
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...

Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar mara...

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...