MÜSAHİBƏ
A- A A+

Amerikalı səyahətçi: Azərbaycan xarici səfər üçün çox gözəl ölkədir

2016-09-09 10:20:47

ABŞ-ın Missuri ştatından olan, tez-tez dünyanın müxtəlif bölgələrinə səyahət edən səyyah Meri Klark Azərbaycana səfər edib

 

 Xanım Klark səfərləri ilə bağlı təəssüratlarını bloq yazılarında bölüşür. Onun səfərlərindən çəkilmiş şəkillər isə Sent Luis şəhərinin “Saint Louis Post Dispatch” qəzetinin “Səyahətlər” bölməsində dərc olunur.
Azərbaycana səfəri zamanı Meri Klark Bakını gəzib, UNESCO-nun Dünya İrs Siyahısına salınmış Qız Qalası və Şirvanşahlar sarayını ziyarət edib. O, həmçinin Şamaxıda, İsmayıllı rayonunun Lahıc qəsəbəsində, Qəbələdə, Zaqatalada, Qaxda və Şəkidə olub. Azərbaycanın şimal bölgəsində olarkən M.Klark Şəki xanlarının sarayı və Kiş kəndində yerləşən Qafqaz Alban Kilsəsi, bir çox tarixi abidələr ilə tanış olub. Xanım Klark Azərbaycana səfərindən razı qaldığını və tezliklə ölkəmizə qayıdacağını bildirib.
O deyib: “Mən Azərbaycanda heç vaxt olmamışdım və bu ölkə haqqında o qədər də çox məlumatım yox idi. Burada yaşayan insanların səmimi və qonaqpərvər olduğunu gördüm. Yeməklər çox dadlıdır. Azərbaycan xarici səfər üçün çox gözəl ölkədir. Mən xarici səyahətçiləri buraya səfər etməyə çağırıram. Düzünü desəm, Azərbaycan vaxtilə keçmiş Sovet İttifaqının tərkib hissəsi olduğuna görə buraya səyahət etməyə bir az çəkinirdim. Ancaq bu ölkəyə səfər etdikdən sonra hökumətin çox yaxşı işlər gördüyünün şahidi oldum. Burada bütün dinləri təmsil edən insanların birlikdə yaşamaları və işləmələri üçün şərait yaradılıb.
Azərbaycanın rayonlarında oldum, insanların mehribanlığını, xüsusilə də ölkənin şimal hissəsinin gözəl dağlarını gördüm. Rayonlarda yediyim yeməklər də çox ləziz idi. Bundan başqa, ilk xristian kilsəsi olan Kiş kilsəsini ziyarət etdim. Bu, mənim üçün gözəl təcrübə idi. Mən Azərbaycanda çoxlu şəkillər çəkdim və bu şəkilləri ABŞ-da tanıdığım hər kəsə göstərəcəyəm. Azərbaycana səfərimdən həqiqətən də çox razı qaldım”.(AZƏRTAC)

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 934

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...