CƏMİYYƏT
A- A A+

Amerikalı politoloq: Ermənistan Qarabağ məsələsində mövqeyini dəyişsə

2016-09-09 09:50:49

Ermənistanda iqtisadi inkişafın mövcud olmaması, demokratikləşmədə yetərsizlik və yüksək səviyyədə miqrasiya bu ölkəni Rusiyadan asılı vəziyyətə salıb

Belə qənaətlə Ermənistandakı son hadisələr-İrəvanda polis polkunun binasına hücumla bağlı baş verənlərə dair Vaşinqtonda təşkil edilmiş müzakirələrdə Atlantik Şurasının (Atlantic Counsil) analitiki, diplomat Con Erbst çıxış edib.(virutalaz.org)

Corc Vaşinqton Universitetinin Hüquq Məktəbi və Policy Forum Armenia tərəfindən təşkil edilmiş müzakirələrdə analitik deyib ki, daxili siyasi situasiya, Rusiyanın Qarabağ məsələsindəki mövqeyi və Moskvanın özünü Ermənistanın “baş geosiyasi müttəfiqi” elan etməsi bu ölkənin müxtəlif inkişaf istiqamətlərini müəyyən edir.

“Daxili siyasi sferada konservləşdirilmiş sabitlik təkcə ədalətsiz seçkilərin nəticəsi deyil, Ermənistan vətəndaş cəmiyyətinin seçimidir. Çünki əvvəllər vətəndaşlar hökumətin siyasətinə ciddi müqavimət göstərməyiblər”-Con Erbst deyib. Analitik əlavə edib ki, bir çox keçmiş sovet respublikalarından, o cümlədən vətəndaş cəmiyyətinin yaxşı inkişaf etdiyi Ukraynadan fərqli olaraq Ermənistan müstəqillik əldə etdikdən sonra ABŞ-dan əhalinin sayına nisbətdə ən çox yardım alan ölkədir. Lakin bu pullar vətəndaş cəmiyyətinin inkişafına gətirib çıxarmayıb. “Bu baxımdam Qərb Ermənistana ciddi dəstək verib, qalanı isə erməni cəmiyyətinin işi idi”-analitik qeyd edib.

Eyni zamanda Con Erbst hesab edir ki, bu ölkədə dəyişikliklər ancaq Ermənistanın Qarabağ məsələsində güzəştə hazır olması halında qeydə alına bilər. Diplomata görə əgər Qarabağ məsələsində qarşılıqlı güzəştlərə hazırlıq nümayiş etdirilsə Ermənistanda müsbət irəliləyişlər baş verəcək. O, vurğulayıb ki, söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarına dair güzəştlərdən deyil, məhz ərazinin mənsubluğu məsələsində güzəştdən gedir. “Bu cür qarşılıqlı güzəşlər Ermənistan üçün Türkiyə və Azərbaycanla münasibətlərdə yeni imkanlar açacaq, Rusiyanın Ermənistana təsirini azaldacaq”-analitik deyib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 593

QHT və MEDİA

2019-06-27 07:40:15

QHT və MEDİA
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın Rus...

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...