CƏMİYYƏT
A- A A+

Layihə çərçivəsində silsilə tədbirlər davam edir

2016-09-08 20:25:59

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəkı, magistral və mərkəzi avtomobil yollarıda və ayrı-ayrı regionlarda, Şirvan, Mingəçevir, Lənkaran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiyə edib yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəsdək vermək məqsədi ilə, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi­hə­si çərçivəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq silsilə tədbirlər keçirilərək davam edir.

Layihə çərçivəsində 07, 08 və 09 sentyabr 2016-cı il tarixlərində, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun qərərgahında, avtomobil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların vətəndaşlaratibbi reabilitasiya və sosial problemlərinin həllinə hüquqi köməklik göstərmək məqsədi ilə 3 gün pulsuz hüquqi xidmət günləri təşkil olunur.

Layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycanın mərkəzi magistral avtomobil yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomobil gözləmə dayanacaqlarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir.

Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün rayon xəstəxanalarımız avtomabil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, qospitallara bənzəyir. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlikə hələ davam edir. Nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Sərxoş sürüçülərin törətdikləri avtomabil yol qəzaları millətin sağlam həyyat tərzi üçün təhlükə törədir.

Azərbaycanda dövlət proqramı çərçivəsində, əlillərin və sağlamlıq imkanları məhdud olan vətəndaşların sağlamlığını bərpa edildiyi halda, hər il, avtomabil yol qəzaları nəticəsində 100-lərlə vətəndaşımız sağlamlığını itirərək əlil olur. Bu insanların avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirdikdən sonra, Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzlərində əlillik dərəcəsinin almalarında problemlər yaranır. Bu insanlar yaranmış problemlərinin həll olunması üçün bilmirlər hara və necə müraciət etsinlər. Bir çox ailələrin isə maddi imkansızlığı ucbatından yol qəzasında sağlamlığını itirmiş ailə üzvünün vaxtında müalicə olunmaları problemə çevirilir.

Buna görədə, layihə çərçivəsində həmçinin, avtomobil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq, Respublika Tibbi-Sosial Ekspertiza və SosialMüdafiəMərkəzləri ilə əməkdaşlıq edərək onlara 88 nömrəli tibbi forma sənədini, əlillik qrupunun almalarına və ehtiyacı olanlara müalicə və sosial bərpaetmə məsələlərinə hüquqi, psixoloji dəstəklə köməklik göstərməkdir.Layihənin icrası zamanı artıq 105 nəfər avtomobil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaş, tibbi reabilitasiya, sosiyal məsəllərində və həmçininavtomobil sosial sığorta idarələrində yaranmış problemlərlə əlaqədər layihəynin mütəxəsislərinə müraçiət etmişlər. Layihəyə müraciət etmiş vətəndaşların əksəriyyətiavtomobil sosial sığorta idarələrində yaranmış problemlərlə əlaqədərdır. Həmin sürüçülər vaxtı ilə avtomobil sosial sığorta idarələrində bağlanmış müqavilələrin bir çəx avtomobil sosial sığorta idarələri tərəfindən əməl olunmamalarından şikayətlənirlər. Bəzi avtomobil sosial sığorta idarələri öz müştərilərinin avtomabil qəzası törətdiyi zamanı öz müştəriləriləri ilə bağlanmış müqavilə əsasında olan öhtəlikləri yerinə yetirmirlər. Nəticədə zərər çəkmiş sürüçülər öz əlavə vəsaitləri hesabına yenidən vəkil tutaraq onlara dəymiş ziyanı ödəmək üçün öz hüquqlarını müdafiyə etməyə çalışırlar.

Sərraf Orucov əlavə məlumat verərək bildirdi ki, layihədə nəzərdə tutulmuş və Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə hazırlamış tədbirlər planına uyğun olaraq, Ümumtəhsil müəssələrində dərslərin başlaması ilə əlaqədar olaraq 15 sentyabr tarixinə 20 sentyabr tarixinədək, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə, Bakı şəhərində ali və orta məktəb tədris binalarının qarşısındakı avtomobil yollarında SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri keçirdərək,vətəndaşlarımızın təhlükəsizliyini müdafiyə edib, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəstəkverəcəyik.

Layihəyə cəlb olunmuş mütəxəsislərimizin və layihəyyə hüquqi məsələlərdə yaxından dəsdək verən, Hüquq şunas İlham Əhmədovun və “Hüquq Kostantik” MMC-nin hüquqşunasları Məcid Məmmədovun, Azər Səfərovun köməkliyi ilə, bizə müraciət etmiş vətəndaşlardan 65 nəfərinin müraçiəti, Tibbi-sosial ekspert komissiyalarında vəƏhalinin sosial müdafiəsi mərkəzlərində araşdırılaraq, onlara qanuna müvafiq olaraq hüquqi köməklik edilmişdir. Bundan əlavə həyata keçirilən layihənin mayihətini anlamayan 34 nəfər sərxoş vəziyyətdə avtomabili idarə etmiş və avtomobili, Dövlət Yol Polisi müfətişləri tərəfindən əlindən alınaraq cərimə məntəqələrinə apaılmış vətəndaşlar layihəyyə müraciət edərək bizdən onların probleməlirinin həllində köməklik etməyimizi istəmişdir. Layihənin əsas məqsədi, sərxoş vəziyyətdə avtomabili idarə etmiş vətəndaşların problemlərinin həllinə kömək etmək deyil, əksinə avtamabili sərxoş vəziyyətdə idarə edib, başqalarının həyatına təhlükə, özlərinə isə ələvə problem yaradmasının qarşısını alaraq mübarizə aparmaqdır.

Tədbirdə iştirak edən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin Məsləhətçisi Rövşən Həmidov həyata keçirilən layihə haqqında çıxış edərək bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır. “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi­hə­sində həllinə çalışmaq istədiyimiz problemlər, Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər.

Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layihəsi sahəsində görüləcək təbliğat-təşviqatişləri avtomabil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir.

 Əziz vətəndaşlar əgər baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, üzləşdiyiniz tibbi-sosial problemlər varsa bizə müraciət edin. Qaynar xətt +994 055 210 9716.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 812

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...