SOSİAL
A- A A+

“Metsamor” təhlükəsi BMT-də müzakirə ediləcək

2016-09-08 09:15:46

Cenevrədə BMT Komitəsinin sessiyası keçirilir

Komitəyə Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Avropa Konvensiyanın (Espo) icrasını nəzərdən keçirmək tapşırılıb.

qhtxeber.az Azərtac-a istinadla xəbər verir ki, Komitə üzvləri Metsamorda Atom Elektrik Stansiyası tikintisinin ekoloji fəsadlarını qiymətləndirmək üçün Ermənistanın hansı işlər gördüyünü təhlil edəcəklər. İndiki sessiyada Komitə üzvləri “Dunay-Qara dəniz” dərinsulu kanalının tikintisi və Roven Atom Elektrik Stansiyasının istismar müddəti ilə bağlı Ukraynanın həyata keçirdiyi tədbirləri müzakirə edəcəklər. Komitə Rumıniya sərhədi yaxınlığında Dunay çayının şimal-şərq hissəsində Serbiyanın planlaşdırdığı qonur kömürlə işləyən elektrik stansiyasının tikintisi məsələsini müzakirə edəcək. Gündəlikdə Ostrovetsk atom Elektrik Stansiyasının tikintisinə dair Belarus və Litvanın fəaliyyəti də yer alıb.

Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Konvensiya BMT-nin Avropa İqtisadi Komissiyasının himayəsi ilə 1991-ci ildə qəbul edilib və 1997-ci il sentyabrın 10-da qüvvəyə minib.

Konvensiya ona qoşulan tərəflərin ilkin planlaşdırma mərhələsində bəzi fəaliyyət növlərinin ətraf mühitə təsirinə dair qiymətləndirmə aparmasını nəzərdə tutur. Konvensiya iştirakçıları ətraf mühitə olduqca zərərli transsərhəd təsir göstərə bilən böyük layihələrin hazırlanması xüsusunda bir-biri ilə məsləhətləşmək barədə razılığa gəliblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 565

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...