QHT və MEDİA
A- A A+

QHT növbəti tədbirini keçirib

2016-09-08 08:55:40

Layihə

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treninq-debat keçirib.

Fact-info.az-a verilən məlumata görə, Birliyin sədri, layihənin koordinatoru  Ruslan Atakişiyev tədbir  iştirakçılarına layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulayıb. 

Sonra Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin baş dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İlkin Dövlətov çıxış edərək verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışıb. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi Faiq Səmədov son dövrlər ölkəmizdə həyata keçirilən vergi islahatlarında sahibkarların rolundan bəhs edib. 

Firma rəhbərlərinin, mühasiblərin, fiziki şəxslərin iştirak etdiyi tədbirdə Birliyin eksperti, vergi mütəxəssisi Radil Fətullayev “kiçik sahibkarlıq subyektlərində Vergi siyasəti” və “Qanunvericiliyə riayət və son düzəlişlər” mövzularında  treninq keçib.  

“Professional mühasib” jurnalının baş redaktoru, audit mütəxəssisi Mehdi Babayev, qeyd edilən mövzularda debatları aparıb, iştirakçılardan təkliflər toplayaraq onları sistemləşdirib. 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 782

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...